Futbol üzrə İngiltərə Premyer Liqasında 33-cü turdan təxirə salınmış bir oyun keçirilib. Arena.az xəbər verir ki, günün yeganə matçında çempionluq uğrunda mübarizə aparan “Liverpul” səfərdə “Aston Villa” ilə qarşılaşıb.
Üç qolun qeydə alındığı oyun “Liverpul”un qələbəsiylə yekunlaşıb. Hesabı meydan sahibləri açsa da, hər hissədə bir qol vurmağı bacaran qonaqlar əzmkar qələbəyə seviniblər.
Bu qələbə sayəsində “qırmızılar”ın lider “Mançester Siti” ilə xalları bərabərləşib – 86. Lakin ehtiyatda da bir oyunu olan mançesterlilər daha yaxşı göstəriciləri olduğu üçün zirvədə qərarlaşıb. “Aston Villa” isə 43 xalla 11-ci pillədə qalıb.
İngiltərə Premyer Liqası
33-cü turun oyunu
10 may
Aston Villa – Liverpul 1:2
Qol: D.Luis, 3 – Matip, 6. Mane, 65.


