Premyer Liqa: “Mançester Siti” “Tottenhem”ə də uduzdu

Futbol üzrə İngiltərə çempionatında (Premyer Liqa) 22-ci turun oyunları keçirilib. Arena.az xəbər verir ki, sonuncu oyun günündə daha iki qarşılaşma baş tutub.

“Nottingem Forest” doğma meydanda “Lids”ə yeganə qolla qalib gəlib. Turun son matçında isə “Tottenhem” son çempion “Mançester Siti” ilə qarşılaşıb. “Şəhərlilər” bu oyunda minimal hesabla məğlub olublar. Bu, sözügedən komandanın son dörd matçda ikinci yenilgisidir. Halbuki, bu turda məğlub olan lider “Arsenal”la xal fərqini azaltmaq üçün əla fürsət yaranmışdı.

Beləliklə, 22 turdan sonra 50 xala malik “Arsenal” vahid liderdir. “Mançester Siti” 45 xalla ikinci, “Mançester Yunayted” 42 xalla üçüncü pillədə qərarlaşıb. “Nyukasl”ın 40, “Tottenhem”in 39, “Brayton”un 34, “Brentford”un 33, “Fulhem”in 32, “Çelsi”nin 30, “Liverpul”un isə 29 xalı var.

İngiltərə Premyer Liqası
22ci tur
3 fevral

Çelsi – Fulhem 0:0

4 fevral

Everton – Arsenal 1:0
Qol: Tarkovski, 60.

Aston Villa – Lester Siti 2:4
Qol: Uotkins, 9. Suttar, 32-öz qapısına – Meddison, 12. İheanaço, 41. Tete, 45+.2 Praet, 79.

Brentford – Sauthempton 3:0
Qol: Mi, 31. Mbeumo, 44. Yensen, 80.

Brayton – Bornmut 1:0
Qol: Mitoma, 87.

Mançester Yunayted – Kristal Pelas 2:1
Qol: B.Fernandes, 7. Raşford, 62 – Şlupp, 76.

Vulverhempton – Liverpul 3:0
Qol: Matip, 5-öz qapısına. Douson, 12. Neves, 71.

Nyukasl – Vest Hem 1:1
Qol: Uilson, 3 – Paketa, 32.

5 fevral

Nottingem Forest – Lids 1:0
Qol: B.Conson, 14.

Tottenhem – Mançester Siti 1:0
Qol: H.Keyn, 15.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: