Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2025/2026-cı illər mövsümünün 8-ci turuna yekun vurulub.
Arena.az xəbər verir ki, turun qapanış matçında “Neftçi” və “Araz-Naxçıvan” komandaları üz-üzə gələcəklər.
“Neftçi Arena”da baş tutmuş qarşılaşmanın baş hakimi Fərid Hacıyev olub. Dörd qolun qeydə alındığı oyunda qalib müəyyənləşməyib. Beləcə, “Neftçi” ardıcıl üçüncü oyunda heç-heçə ilə kifayətlənməli olub.
Xatırladaq ki, daha öncə “Şamaxı” “Kəpəz”ə (1:4), “Turan Tovuz” “Qarabağ”a (1:2) uduzub. “Sumqayıt” “Karvan”a (4:1), “Sabah” “Zirə”yə (3:0) qalib gəlib. “İmişli” – “Qəbələ” matçında isə qalib müəyyənləşməyib – 2:2.
Premyer Liqa
8-ci tur
19 oktyabr
“Neftçi” – “Araz-Naxçıvan” 2:2
Qollar: Bassala Sambu, 19. Emin Mahmudov, 55 – Ba-Muaka Simakala, 36; 47.
Hakimlər: Fərid Hacıyev, Rəhman İmami, Tərlan Talıbzadə, İslam Məmmədov.
VAR: Nicat İsmayıllı.
AVAR: Asiman Əzizli.
Hakim-inspektor: Anar Salmanov.
AFFA nümayəndəsi: Elçin Məmmədov.
Bakı. “Neftçi Arena”, 18:30.
Neftçi: 13. Kenan Piriç, 8. Emin Mahmudov (k), 15. Elvin Bədəlov, 77. Falaye Sako, 6. Sessi D Almeyda, 24. Mustafa Sek, 5. İqor Ribeyro, 9. Bassala Sambu, 11. İmad Faraj, 10. Freddi Varqas, 23. Cordan Rezabala.
Ehtiyat oyunçular: 1. Emil Balayev, 93. Rza Cəfərov, 4. Elvin Camalov, 17. Murad Xaçayev, 7. Emil Səfərov, 19. Ağadadaş Salyanski, 47. Murad Məmmədov, 14. Edvin Kuç, 18. İfeanyi Metyu, 27. Kristian Kostin, 22. Luis Ortis, 28. Alessio Kurçi.
Baş məşqçi: Samir Abasov.
Araz-Naxçıvan: 12. Kristian Avram, 34. Ürfan Abbasov (k), 3. Bəxtiyar Həsənalızadə, 5. Slavik Alxasov, 8. Coşqun Diniyev, 24. Mustafa Əhmədzadə, 6. Patrik Andrade, 17. İssuf Paro, 10. Felipe Santos, 11. Ba-Muaka Simakala, 70. Çarlz Boli.
Ehtiyat oyunçular: 94. Tərlan Əhmədli, 2. Qara Qarayev, 14. Ülvi İsgəndərov, 26. Ömər Buludov, 22. Elçin Mustafayev, 16. Ramon Maçado, 29. Vanderson Melo, 23. Nuno Rodriqes, 7. Hamidu Keyta, 77. Bruno Franko, 19. Bar Kohen.
Baş məşqçi: Elmar Baxşıyev.


