Premyer Liqa: “Neftçi” “İmişli” ilə də bacarmadı

Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2025/2026-cı illər mövsümünün 2-ci turuna start verilib.

Arena.az xəbər verir ki, turun açılış oyununda “İmişli” Şamaxıda “Neftçi”nı qəbul edib.

Bu oyunun baş hakimi Rauf Cabbarov olub. Debütant mövsümə uğursuz başlamış “Neftçi” ilə oyunda ilk xalını qazanmaq arzusundaydısa, “ağ-qaralar” ilk qələbəni hədəfləmişdilər.

Tərəflərin bütün cəhdlərinə baxmayaraq, bu oyunda qapılara qol vurulmayıb. Beləcə, bu mövsüm ilk qolsuz heç-heçə qeydə alınıb.

Premyer Liqa
2-ci tur
22 avqust

“İmişli” – “Neftçi” 0:0
Hakimlər: Rauf Cabbarov, Zöhrab Abbasov, Şirmamed Mamedov, İslam Məmmədov.
VAR: Rəvan Həmzəzadə.
AVAR: Cəmil Quliyev.
Hakim-inspektor: Munis Abdullayev.
AFFA nümayəndəsi: Asif Əliyev.
Şamaxı şəhər stadionu, 17:00.

İmişli: 33. Andrey Sinenka, 19. Azər Salahlı (k), 11. Vüsal Qənbərov, 3. Tuncay Yusifli, 94. Rafael Vyeqas, 14. Ronaldo Rodriqes, 6. Yav Mozes, 9. Dioqo Almeyda, 23. Dioqo Rollo, 17. Ezekiel Morqan, 7. Luis Junior.
Ehtiyat oyunçular: 1. Hüseynəli Quliyev, 99. İmam Əli, 77. Elmir Rəhimzadə, 21. Abbas Ağazadə, 97. Xəzər Mahmudov, 5. İdris İnqilablı, 44. Həzrət İsayev, 27. Lətif Rzayev, 30. Xəlil Mürsəlli, 10. Nikola Karaklaiç.
Baş məşqçi: Xorxe Kasqilya.

Neftçi: 13. Kenan Piriç, 8. Emin Mahmudov (k), 15. Elvin Bədəlov, 77. Falaye Sako, 6. Sessi D`Almeyda, 24. Mustafa Sek, 5. İqor Ribeyro, 9. Bassala Sambu, 11. İmad Faraj, 10. Freddi Varqas, 23. Cordan Rezabala.
Ehtiyat oyunçular: 1. Emil Balayev, 93. Rza Cəfərov, 4. Elvin Camalov, 17. Murad Xaçayev, 7. Emil Səfərov, 19. Ağadadaş Salyanski, 47. Murad Məmmədov, 36. Həsən Mahmudov, 14. Edvin Kuç, 27. Kristian Kostin, 22. Luis Ortis, 28. Alessio Kurçi.
Baş məşqçi: Samir Abasov.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: