Premyer Liqa: “Neftçi” “Karvan”la da bacarmadı

Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2025/2026-cı illər mövsümünün 6-cı turunun növbəti oyunları keçirilib.

Arena.az xəbər verir ki, ikinci oyun gününün sonuncu qarşılaşması Bakıda baş tutub.

“Neftçi” “Karvan”ı qəbul edib. “Neftçi Arena”dakı görüşün baş hakimi Kamranbəy Rəhimov olub. Tərəflərin bütün cəhdlərinə baxmayaraq, bu oyunda qapılara qol vurulmayıb.

Premyer Liqa
6-cı tur
27 sentyabr

“Neftçi” – “Karvan” 0:0
Hakimlər: Kamranbəy Rəhimov, Asiman Əzizli, Zöhrab Abbasov, Nicat İsmayıllı.
VAR: Fərid Hacıyev.
AVAR: Vüqar Həsənli.
Hakim-inspektor: Babək Quliyev.
Bakı. “Neftçi Arena”. 19:00.

Neftçi: 13. Kenan Piriç, 8. Emin Mahmudov (k), 15. Elvin Bədəlov, 17. Murad Xaçayev, 77. Falaye Sako, 6. Sessi D`Almeyda, 24. Mustafa Sek, 9. Bassala Sambu, 11. İmad Faraj, 10. Freddi Varqas, 22. Luis Ortis.
Ehtiyat oyunçular: 1. Emil Balayev, 93. Rza Cəfərov, 4. Elvin Camalov, 7. Emil Səfərov, 19. Ağadadaş Salyanski, 47. Murad Məmmədov, 14. Edvin Kuç, 27. Kristian Kostin, 23. Cordan Rezabala, 28. Alessio Kurçi.
Baş məşqçi: Samir Abasov.

Karvan: 1. Kamran İbrahimov, 6. Vadim Abdullayev (k), 33. Eltun Turabov, 2. Şakil Sno, 12. Vitor Roşa, 11. Kayl Spens, 19. Tompson Qavi, 3. Said İranxan, 8. Peter Kinqs, 21. İmani Barker, 4. Olavale Doyeni.
Ehtiyat oyunçular: 25. Əmrah Bulud, 42. İbrahim Qədirzadə, 18. Süleyman Əhmədov, 13. Vüsal Məsimov, 22. Qabil Əlizadə, 14. Uğur Cahangirov, 77. Əli Abdullayev, 5. Nika Çaçaşvili, 37. Mois Nqvisani, 10. Samuel Durrant.
Baş məşqçi: Azər Həşimov.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: