Futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2023/2024 mövsümünün 17-ci turunun oyunları üçün hakim təyinatları açıqlanıb.
Arena.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının rəsmi saytı məlumat yayıb.
Tura bu gün keçiriləcək “Kəpəz” – “Sumqayıt” oyunu ilə start veriləcək. Bu qarşılaşmanı Cavid Cəlilov idarə edəcək.
Sabah baş tutacaq “Araz-Naxçıvan” – “Sabah” matçında Fərid Hacıyev söz sahibi olacaqsa, “Səbail” – “Qəbələ” qarşılaşması Rauf Cabbarova tapşırılıb.
“Turan Tovuz” – “Zirə” matçı Elçin Məsiyevə, “Qarabağ” – “Neftçi” oyunu da Rəvan Həmzəzadəyə həvalə olunub.
Premyer Liqa
17-ci tur
14 dekabr
“Kəpəz” – “Sumqayıt”
Hakimlər: Cavid Cəlilov, Kamran Bayramov, Cəmil Quliyev, Kamranbəy Rəhimov.
VAR: Rəşad Əhmədov.
AVAR: Vüsal Məmmədov.
Hakim-inspektor: Vüsal Əliyev.
AFFA nümayəndəsi: Rüfət Əmirov.
Tovuz şəhər stadionu, 15:30
15 dekabr
“Araz-Naxçıvan” – “Sabah”
Hakimlər: Fərid Hacıyev, Rəhman İmami, Teymur Teymurov, Əli Əliyev.
Hakim-inspektor: Əmrah İbrahimov.
AFFA nümayəndəsi: Elçin Mehtiyev.
Bakı. “Dalğa Arena”, 15:00.
“Səbail” – “Qəbələ”
Hakimlər: Rauf Cabbarov, Müslüm Əliyev, Asiman Əzizli, Emin Əliyev.
Hakim-inspektor: Zöhrab Qədiyev.
AFFA nümayəndəsi: Anar Şixəliyev.
“Bayıl Arena”, 13:00.
16 dekabr
“Turan Tovuz” – “Zirə”
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Rahil Ramazanov, Kamran Əliyev.
Hakim-inspektor: Asim Xudiyev.
AFFA nümayəndəsi: Elman Musayev.
Tovuz şəhər stadionu, 18:00.
18 dekabr
“Qarabağ” – “Neftçi”
Hakimlər: Rəvan Həmzəzadə, Namiq Hüseynov, Vüsal Məmmədov, Kamal Umudlu.
Hakim-inspektor: Rəhim Həsənov.
AFFA nümayəndəsi: Aslan Şahgəldiyev.
Bakı. Tofiq Bəhramov adına Respublika Stadionu, 20:00.


