Premyer Liqa: “Neftçi” qol buraxmadığı “Araz-Naxçıvan”a qarşı

Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2023/2024 mövsümünün 6-cı turunun növbəti oyunları keçiriləcək.

Arena.az xəbər verir ki, ikinci oyun günündə daha iki qarşılaşma baş tutacaq.

Əvvəlcə, “Kəpəz” doğma meydanda “Səbail”lə üz-üzə gələcək. 5 oyuna cəmi 4 xal toplamış Gəncə təmsilçisi 9-cu, 7 xalı olan “dənizçilər” isə 6-cı pillədə qərarlaşıblar.

“Kəpəz”lə “Səbail” indiyə qədər 8 oyunda üz-üzə gəliblər. Tərəflər bir oyunda heç-heçəyə razılaşıblarsa, qalan oyunlarda “Kəpəz” 3, “Səbail” 4 qələbə qazanıb. Amma “Səbail” son üç səfər görüşündə xal qazanmayıb. “Kəpəz” evdəki bütün qarşılaşmalarda bu rəqibinə qol vurub.

Günün digər matçı “Araz-Naxçıvan”la “Neftçi” arasında baş tutacaq. Paytaxt təmsilçisi mövsümə heç də pis başlamamış Naxçıvan təmsilçisinə qalib gəlməklə liderlər qrupunda möhkəmlənməyə çalışacaq.

“Araz-Naxçıvan”la “Neftçi” indiyə qədər 4 oyunda qarşılaşıblar. Naxçıvanlıların bu rəqib üzərində qələbəsi yoxdu. 3 qələbə qazanan paytaxt klubu cəmi bir oyunda heç-heçəyə razılaşıb. “Araz-Naxçıvan” indiyədək bu komandaya qol da vurmayıb. “Neftçi” qalib gəldiyi matçlarda böyükhesablı qələbə qazanıb.

Premyer Liqa
1-ci tur
15 sentyabr

“Zirə” – “Sumqayıt” 1:0
Qol: Məqsəd İsayev, 45+1.
Hakimlər: Kamranbəy Rəhimov, Rahil Ramazanov, Eyyub İbrahimov, Vüqar Həsənli.
Hakim-inspektor: Barış Şimşek.
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov.
Zirə İdman Kompleksinin stadionu, 17:00.

16 sentyabr

“Kəpəz” – “Səbail”
Hakimlər: Rəvan Həmzəzadə, Namiq Hüseynov, Şirmamed Mamedov, Rövşən Rəcəbov.
Hakim-inspektor: Rəhim Həsənov.
AFFA nümayəndəsi: Erkin Hüseynov.
Gəncə şəhər stadionu, 16:00.

“Araz-Naxçıvan” – “Neftçi”
Hakimlər: İnqilab Məmmədov, Pərvin Talıbov, Kamran Bayramov, Əli Əliyev.
Hakim-inspektor: Ramil Diniyev.
AFFA nümayəndəsi: Eldəniz Musayev.
Bakı. “Dalğa Arena”, 18:00.

17 sentyabr

“Turan Tovuz” – “Qəbələ”
Hakimlər: Əliyar Ağayev, Elşad Abdullayev, Asiman Əzizli, Emin Əliyev.
Hakim-inspektor: Ömər Paşayev.
AFFA nümayəndəsi: Yavər Rəhimov.
Tovuz şəhər stadionu, 16:30.

“Qarabağ” – “Sabah”
Hakimlər: Tural Qurbanov, Müslüm Əliyev, Vüsal Məmmədov, Rəşad Əhmədov.
Hakim-inspektor: Anar Salmanov.
AFFA nümayəndəsi: Aslan Şahgəldiyev.
Bakı. Tofiq Bəhramov adına Respublika Stadionu, 19:30.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: