Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2024/2025-ci illər mövsümünün 29-cu turuna yekun vurulacaq.
Arena.az xəbər verir ki, sonuncu oyun gününün ilk qarşılaşması Şamaxıda baş tutub.
“Şamaxı” doğma meydanda “Neftçi” ilə münasibətlərinə aydınlıq gətirib. Əyalət təmsilçisi bu oyundan öncə 28 xalla 8-ci, paytaxt klubu isə 32 xalla 6-cı pillədə qərarlaşmışdı.
Bu görüş isə “Neftçi”nin inamlı qələbəsiylə yekunlaşıb. Hər hissədə bir qol vurmuş paytaxt təmsilçisi səfərdən 3 xalla qayıdıb.
Premyer Liqa
29-cu tur
7 aprel
“Şamaxı” – “Neftçi” 0:2
Qollar: Ramil Şeydayev, 42-pen. Filip Ozobiç, 89.
Hakimlər: Fərid Hacıyev, Vüsal Məmmədov, Rəhman İmami, Əli Əliyev.
VAR: Rəvan Həmzəzadə.
AVAR: Kamran Bayramov.
Hakim-inspektor: Babək Quliyev.
AFFA nümayəndəsi: Eldəniz Musayev.
Şamaxı şəhər stadionu, 15:30.
Şamaxı: 1. Rikardo Fernandes 5. Arsen Ağcabəyov 18. Cəlal Hüseynov (k) 82. Rüfət Abbasov 24. Edqar Adilxanov 12. Maykl Tuik 32. Vasiliye Radenoviç 93. Brahim Konate 30. Andrey Tirkoveanu 66. Vasiliye Bakiç 33. Alfons Msanqa.
Ehtiyat oyunçular: 85. Kamal Bayramov 62. Abdulla Seydəhmədov 60. Səbayıl Bağırov 23. Murad Vəliyev 6. Rauf Rüstəmli 19. Fəxri Məmmədli 73. Elmar Məmmədov.
Baş məşqçi: Ayxan Abbasov.
Neftçi: 1. Emil Balayev (k) 10. Filip Ozobiç 3. Höccət Haqverdi 19. Azər Salahlı 7. Azər Əliyev 90. Ramil Şeydayev 13. Emil Səfərov 14. Edvin Kuç 6. Rafael Quzzo 99. Ervin Koffi 9. Bassala Sambu.
Ehtiyat oyunçular: 93. Rza Cəfərov 30. Rustam Samigullin 17. Rəhman Hacıyev 91. Ağadadaş Salyanski 47. Murad Məmmədov 22. Dembo Darboe 77. Yeqor Boqomolski 11. Aleks Fernandes.
Baş məşqçi: Samir Abasov.


