Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2025/2026-cı illər mövsümünün 1-ci turunun növbəti oyunları keçirilib.
Arena.az xəbər verir ki, yeni mövsümün ilk turunun ikinci oyun gününün sonuncu qarşılaşması Bakıda baş tutub.
“Neftçi” doğma meydanda “Şamaxı” ilə üz-üzə gəlib. “Neftçi Arena”da keçirilmiş görüşü Elçin Məsiyev idarə edib. Tərəflər bu oyunda hərəyə 1 qol və 1 xalla kifayətləniblər.
İlk turun qalan görüşləri avqustun 17-də və 19-da keçiriləcək. Premyer Liqanın 1-ci turunun “Sabah” – “Qarabağ” görüşü isə təxirə salınıb. Bu qarşılaşmanın hansı tarixdə keçiriləcəyinə hələ rəsmi qərar verilməyib.
Premyer Liqa
1-ci tur
16 avqust
“Neftçi” – “Şamaxı” 1:1
Qollar: Emin Mahmudov, 45+2-pen – Karim Rossi, 23.
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Kamranbəy Rəhimov.
VAR: İnqilab Məmmədov.
AVAR: Şirmamed Mamedov.
Hakim-inspektor: Babək Quliyev.
AFFA nümayəndəsi: Rüfət Əmirov.
Bakı. “Neftçi Arena”.
Neftçi: 13. Kenan Piriç, 8. Emin Mahmudov (k), 15. Elvin Bədəlov, 17. Murad Xaçayev, 6. Sessi D`Almeyda, 24. Mustafa Sek, 5. İqor Ribeyro, 9. Bassala Sambu, 27. Kristian Kostin, 23. Cordan Rezabala, 28. Alessio Kurçi.
Ehtiyat oyunçular: 1. Emil Balayev, 81. Məhdi Həsənov, 4. Elvin Camalov, 7. Emil Səfərov, 19. Ağadadaş Salyanski, 47. Murad Məmmədov, 36. Həsən Mahmudov, 77. Falaye Sako, 11. İmad Faraj, 10. Freddi Varqas, 22. Luis Ortis.
Baş məşqçi: Samir Abasov.
Şamaxı: 1. Rikardo Fernandes, 17. Rafael Məhərrəmli (k), 82. Rüfət Abbasov, 9. Karim Rossi, 10. Andrey Tırkovyanu, 3. Vladislav Veremeyev, 13. Rikardo Apolinario, 11. Dioqo Balau, 4. Sezar Enrike, 44. David Santos, 8. Alfons Msanqa.
Ehtiyat oyunçular: 62. Abdulla Seydəhmədov, 99. Səşlim Həşimov, 5. Arsen Ağcabəyov, 21. Bilal İsmayılov, 27. Emil Süleymanov, 97. Oruc Məmmədov, 7. Edqar Adilxanov, 14. Ravil Qafarov, 24. Sənan Muradlı, 19. Abdullahi Şuaybu.
Baş məşqçi: Ayxan Abbasov.


