Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2024/2025-ci illər mövsümünün 32-ci turuna yekun vurulacaq.
Arena.az xəbər verir ki, sonuncu oyun günündə bir qarşılaşma baş tutacaq.
Turun qapanış matçında “Sumqayıt” doğma meydanda “Neftçi” ilə üz-üzə gələcək. Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək qarşılaşmanı Fərid Hacıyev idarə edəcək.
Bu, sözügedən komandaların milli çempionatdakı 51-ci görüşü olacaq. Əvvəlki 50 oyunda “Sumqayıt” 15, “Neftçi” 24 qələbə qazanıb, 11 heç-heçə qeydə alınıb. Son iki qarşılaşmada qol vuran komanda qalib gəlib. “Sumqayıt” son iki ev görüşündə bu rəqibi üzərində qələbə qazanıb.
Qeyd edək ki, hazırda “Neftçi” 35 xalla Premyer Liqanın turnir cədvəlinin 7-ci pilləsində qərarlaşıb. “Sumqayıt” isə 29 xalla 8-cidir.
Premyer Liqa
32-ci tur
25 aprel
“Turan Tovuz” – “Şamaxı” 1:1
Qollar: Kauan Martins, 54 – Brahim Konate, 56.
Hakimlər: Kamal Umudlu, Vüsal Məmmədov, Zöhrab Abbasov, Kamran Əliyev.
VAR: Nicat İsmayıllı.
AVAR: Elşad Abdullayev.
Hakim-inspektor: Anar Salmanov.
AFFA nümayəndəsi: Mübariz Hüseynov.
Tovuz şəhər stadionu, 19:00.
26 aprel
“Kəpəz” – “Zirə” 0:1
Qol: Salifu Suma, 64.
Hakimlər: Əliyar Ağayev, Akif Əmirəli, Müslüm Əliyev, Kamranbəy Rəhimov.
VAR: Rəvan Həmzəzadə.
AVAR: Cəmil Quliyev.
Hakim-inspektor: Rəhim Həsənov.
AFFA nümayəndəsi: Namiq Əliyev.
Tovuz şəhər stadionu, 19:00.
27 aprel
“Səbail” – “Araz-Naxçıvan” 1:1
Qollar: Marko Nikoliç, 76 – Ülvi İsgəndərov, 30.
Hakimlər: Rəşad Əhmədov, Eyyub İbrahimov, Rahil Ramazanov, Elvin Bayramov.
VAR: İnqilab Məmmədov.
AVAR: Namiq Hüseynov.
Hakim-inspektor: Ramil Diniyev.
AFFA nümayəndəsi: Elman Musayev.
“Bayıl Arena”, 17:30.
“Sabah” – “Qarabağ” 1:1
Qollar: Boyan Letiç, 73 – Redon Cica, 42-pen.
Hakimlər: Tural Qurbanov, Asiman Əzizli, Rəhman İmami, Əli Əliyev
VAR: Elçin Məsiyev.
AVAR: Pərvin Talıbov.
Hakim-inspektor: Ömər Paşayev.
AFFA nümayəndəsi: Zümrüd Ağayeva.
“Masazır Arena”, 20:00.
28 aprel
“Sumqayıt” – “Neftçi”
Hakimlər: Fərid Hacıyev, Şirmamed Mamedov, Teymur Teymurov, Rauf Cabbarov.
VAR: Cavid Cəlilov.
AVAR: Kamran Bayramov.
Hakim-inspektor: Əmrah İbrahimov.
AFFA nümayəndəsi: İlham Əliyev.
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu, 20:00.


