Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2023/2024 mövsümünün 23-cü turunun növbəti oyunları keçiriləcək.
Arena.az xəbər verir ki, ikinci oyun günündə də iki qarşılaşma baş tutacaq.
Günün ilk matçı “Sumqayıt”la “Turan Tovuz” arasında keçiriləcək. Sumqayıtda baş tutacaq oyunda meydan sahibləri qələbə qazanmaqla lider “Qarabağ”a yaxınlaşmağa çalışacaqlar. “Turan Tovuz” isə 3 xal qazanacağı halda turnir cədvəlində bir neçə pillə irəliləmiş olacaq.
“Sumqayıt”la “Turan Tovuz” bu günə qədər 6 oyunda üz-üzə gəliblər. Bu oyunlarda 3 heç-heçə qeydə alınıbsa, sumqayıtlılar 2, tovuzlular 1 dəfə qələbəni bayram ediblər. “Sumqayıt” son 4 oyunda uduzmayıb. Son iki qarşılaşma heç-heçə başa çatıb.
Günün digər oyunu “Neftçi” və “Zirə” kollektivləri arasında baş tutacaq. Komandaların eyni xala malik olması və 3-4-cü pillələrdə qərarlaşmaları bu oyuna marağı daha da artırır.
Paytaxt təmsilçiləri 33-cü dəfə üz-üzə gələcəklər. Əvvəlki 32 oyunda “Neftçi” 11, “Zirə” 12 qələbə qazanıb, 9 oyunda da qalib müəyyənləşməyib. “Neftçi” 6 matçdır bu rəqibinə qol vurur və uduzmur. “Zirə” son 11 səfərdə qələbə qazanmayıb.
Qeyd edək ki, bu turun “Qəbələ” – “Qarabağ” oyunu fevralın 28-nə təxirə salınıb.
Premyer Liqa
23-cü tur
17 fevral
“Sabah” – “Kəpəz” 3:2
Qollar: Kahim Parris, 37. Jesse Sekidika, 55. Kristian da Silva, 79 – Martins Junior, 6. Amil Yunanov, 83.
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Nicat İsmayıllı.
Hakim-inspektor: Rəhim Həsənov.
AFFA nümayəndəsi: Eldəniz Musayev.
“Masazır Arena”, 16:00
“Səbail” – “Araz-Naxçıvan” 2:2
Qollar: Aleksandr Ramalinqom, 13; 61 – Orxan Əliyev, 30; 35.
Hakimlər: Kamran Əliyev, Vüsal Məmmədov, Rəhman İmami, Tural Qurbanov.
Hakim-inspektor: Zöhrab Qədiyev.
AFFA nümayəndəsi: Yavər Rəhimov.
“Bayıl Arena”, 18:30
18 fevral
“Sumqayıt” – “Turan Tovuz”
Hakimlər: Rauf Cabarov, Namiq Hüseynov, Müslüm Əliyev, Kamranbəy Rəhimov.
Hakim-inspektor: Ömər Paşayev.
AFFA nümayəndəsi: Seymur Səlimli.
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu, 15:30.
“Neftçi” – “Zirə”
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Əli Əliyev.
Hakim-inspektor: Babək Quliyev.
AFFA nümayəndəsi: Emin Cəfərov.
Bakı. “Neftçi Arena”, 18:00.



