Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2025/2026-cı illər mövsümünün 3-cü turunun növbəti oyunları keçiriləcək.
Arena.az xəbər verir ki, ikinci oyun günündə də iki qarşılaşma baş tutacaq.
Öncə, “Zirə” doğma meydanda “Kəpəz”lə münasibətlərinə aydınlıq gətirəcək. Zirə İdman Kompleksinin stadionunda keçiriləcək oyunu Kamranbəy Rəhimov idarə edəcək.
Günün digər oyunu “Araz-Naxçıvan”la “Qəbələ” arasında keçiriləcək.
“Dalğa Arena”da təşkil edəcək görüşün baş hakimi FİFA referisi Elçin Məsiyev olacaq.
Premyer Liqa
3-cü tur
30 avqust
“Araz-Naxçıvan” – “Qəbələ” 2:1
Qollar: Ba-Muaka Simakala, 30. Felipe Santos, 33 – Adriel Ba Lua, 9.
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Əli Əliyev
VAR: Rauf Cabbarov.
AVAR: Kamran Bayramov.
Hakim-inspektor: İmanxan Sultani.
AFFA nümayəndəsi: Elman Musayev.
“Dalğa Arena”, 20:30.
Araz-Naxçıvan: 12. Kristian Avram, 3. Bəxtiyar Həsənalızadə, 5. Slavik Alxasov, 4. Rahil Məmmədov, 26. Ömər Buludov, 6. Patrik Andrade, 29. Vanderson Melo (k), 23. Nuno Rodriqes, 10. Felipe Santos, 11. Ba-Muaka Simakala, 70. Çarlz Boli.
Ehtiyat oyunçular: 94. Tərlan Əhmədli, 76. Süleyman Həsənov, 2. Qara Qarayev, 34. Ürfan Abbasov, 8. Coşqun Diniyev, 14. Ülvi İsgəndərov, 22. Elçin Mustafayev, 24. Mustafa Əhmədzadə, 17. İssuf Paro, 7. Hamidu Keyta, 77. Bruno Franko, 19. Bar Kohen.
Baş məşqçi: Elmar Baxşıyev.
Qəbələ: 1. Səlahət Ağayev, 28. Murad Musayev (k), 13. Nicat Əliyev, 74. Süleyman Damadayev, 66. Nuğay Rəşidov, 10. Şahin Şahniyarov, 12. İbrahim Sanqare, 50. Adriel Ba Lua, 3. Eduardo Kunde, 6. Xayme Syerra, 14. Domi Massumo.
Ehtiyat oyunçular: 94. Həbib Hüşənov, 11. Asif Məmmədov, 22. Fərid İsgəndərov, 97. Elşad Tağıyev, 27. Eşqin Əhmədov, 21. Ziya Şəkərxanov, 16. İsaak Amoa, 70. Paulo Kimbila, 30. Prins Ovusu.
Baş məşqçi: Kaxaber Sxadadze.


