Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2023/2024 mövsümünün 16-cı turunun növbəti oyunları keçiriləcək.
Arena.az xəbər verir ki, ikinci oyun günündə daha iki qarşılaşma baş tutacaq.
“Qəbələ” doğma meydanda “Kəpəz”lə münasibətlərinə aydınlıq gətirəcək. Turnir cədvəlinin son iki pilləsində qərarlaşmış bu komandalardan Qəbələ təmsilçisi 11, Gəncə klubu isə 10 xal toplayıb.
“Qəbələ” ilə “Kəpəz” indiyə qədər 25 oyunda qarşılaşıblar. Bu oyunlarda 8 heç-heçə qeydə alınıbsa, “Qəbələ”, “Kəpəz” 6 qələbə qazanıb. “Qəbələ” son 8 görüşü qolsuz tərk etməyib. “Kəpəz” ardıcıl 8 qarşılaşmada qələbə qazanmayıb.
Günün digər oyununda isə “Zirə” “Araz-Naxçıvan”la üz-üzə gələcək. Bu komandalar arasında yeganə oyun cari mövsümdə baş tutub. “Araz-Naxçıvan” evdə minimalhesablı qələbə qazanıb. İndi “Zirə” həmin məğlubiyyətin əvəzini çıxmaqla liderlər qrupundakı mövqeyini qorumağa çalışacaq.
Premyer Liqa
16-cı tur
8 dekabr
“Sumqayıt” – “Qarabağ” 1:6
Qollar: Erik Sorqa, 43 – Leandro Andrade, 21; 73. Olavio Juninyo, 29. Abdullah Zubir, 33. Yassin Benzya, 58. Hamidu Keyta, 86.
Hakimlər: Fərid Hacıyev, Müslüm Əliyev, Teymur Teymurov, Kamranbəy Rəhimov.
Hakim-inspektor: Ramil Diniyev.
AFFA nümayəndəsi: Əsgər Əmirəliyev.
“Sumqayıt Arena”, 19:30.
9 dekabr
“Qəbələ” – “Kəpəz”
Hakimlər: İnqilab Məmmədov, Rahil Ramazanov, Rəhman İmami, Kamran Əliyev.
Hakim-inspektor: Anar Salmanov.
AFFA nümayəndəsi: Emin Cəfərov.
Qəbələ şəhər stadionu, 15:00.
“Zirə” – “Araz-Naxçıvan”
Hakimlər: Rəşad Əhmədov, Namiq Hüseynov, Eyyub İbrahimov, Əli Əliyev.
Hakim-inspektor: Orxan Məmmədov.
AFFA nümayəndəsi: Aslan Şahgəldiyev.
Zirə İdman Kompleksinin stadionu, 17:00.
10 dekabr
“Sabah” – “Səbail”
Hakimlər: Elçin Məsiyev, Vüsal Məmmədov, Şirmamed Mamedov, Emin Əliyev.
Hakim-inspektor: Rəhim Həsənov.
AFFA nümayəndəsi: Elçin Məmmədov.
“Masazır Arena”, 15:00.
“Neftçi” – “Turan Tovuz”
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Cavid Cəlilov.
Hakim-inspektor: Babək Quliyev.
AFFA nümayəndəsi: Seymur Səlimli.
“Neftçi Arena”, 18:00.


