Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2024/2025-ci illər mövsümünün 35-ci turuna yekun vurulub.
Arena.az xəbər verir ki, turun qapanış matçında çempionluğu daha öncə təmin etmiş “Qarabağ” “Kəpəz”lə münasibətlərinə aydınlıq gətirib.
Ağdam təmsilçisi cari mövsümdəki sonuncu ev oyununda darmadağına sevinib. Rəvan Həmzəzadənin idarə etdiyi görüşdə meydan sahibləri 3 xalı 3 cavabsız qolla qazanıblar.
Premyer Liqa
35-ci tur
18 may
“Qarabağ” – “Kəpəz” 3:0
Qollar: Leandro Andrade, 31. Aleksey Kaşuk, 72. Musa Qurbanlı, 82.
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Rəhman İmami, Rauf Cabbarov.
VAR: Rəşad Əhmədov.
AVAR: Əli Əliyev.
Hakim-inspektor: Ömər Paşayev.
AFFA nümayəndəsi: Elgiz Abbasov.
Bakı. “Azərsun Arena”, 19:00.
Qarabağ: 1. Şahrudin Məhəmmədəliyev (k), 30. Abbas Hüseynov, 22. Musa Qurbanlı, 90. Nəriman Axundzadə, 10. Abdullah Zubir, 81. Kevin Medina, 66. Patrik Andrade, 2. Mateus Silva, 15. Leandro Andrade, 21. Aleksey Kaşuk, 11. Emmanuel Addai.
Ehtiyat oyunçular: 99. Mateus Koxalski, 97. Fabian Buntiç, 55. Bədavi Hüseynov, 13. Bəhlul Mustafazadə, 44. Elvin Cəfərquliyev, 27. Toral Bayramov, 32. Hikmət Cəbrayılzadə, 29. Marko Veşoviç, 7. Yassin Benzya, 8. Marko Yankoviç, 9. Kadi Borges, 19. Redon Cica.
Baş məşqçi: Qurban Qurbanov.
Kəpəz: 22. Məmməd Hüseynov, 2. İlkin Qırtımov (k), 99. Əli Səmədov, 5. Rauf Hüseynli, 17. Ümid Səmədov, 26. Valdemar Almeyda, 9. Luis Paçu, 29. Dioqo Verdaska, 28. Rati Ardazişvili, 11. Trent Buhagiar, 10. Kərim Lkuça.
Ehtiyat oyunçular: 18. Elgün Bayramov, 7. Ehtiram Şahverdiyev, 12. Turan Manafov, 70. Nicat Süleymanov, 8. Elmir Tağıyev, 6. Nemət Musayev, 21. Camal Cəfərov, 19. Sadiq Şəfiyev, 91. Nihad İsaqov, 3. Mahamadu Ba, 88. Şevroni Mabatşoev.
Baş məşqçi: Azər Bağırov.


