Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2025/2026-cı illər mövsümünün 7-ci turunun növbəti oyunları keçirilib.
Arena.az xəbər verir ki, ikinci oyun gününün ilk qarşılaşması Bakıda baş tutub.
Son çempion “Qarabağ” çempionatın aşkar autsayderi “Kəpəz”lə üz-üzə gəlib. “Azərsun Arena”da keçirilmiş oyunu Nicat İsmayıllı idarə edib. Adil Şükürovun istefasından sonra yenidən “Kəpəz”ə qayıtmış Azər Bağırovun “siftə”si uğursuz alınsa da, komandası güclü rəqibdən cəmi bir qol buraxıb.
Premyer Liqa
7-ci tur
4 oktyabr
“Qarabağ” – “Kəpəz” 1:0
Qol: Sami Mmae, 38.
Hakimlər: Nicat İsmayıllı, Rahil Ramazanov, Kərim Zeynalov, Vüqar Həsənli.
VAR: Əli Əliyev.
AVAR: Rəşad Əhmədov.
Hakim-inspektor: Babək Quliyev.
AFFA nümayəndəsi: Asif Əliyev.
Bakı. “Azərsun Arena”, 17:00.
Qarabağ: 1. Şahrudin Məhəmmədəliyev, 55. Bədavi Hüseynov (k), 77. Ramil Şeydayev, 27. Toral Bayramov, 22. Musa Qurbanlı, 7. Nəriman Axundzadə, 32. Hikmət Cəbrayılzadə, 3. Sami Mmae, 18. Dani Bolt, 6. Kris Kuaku, 11. Emmanuel Addai.
Ehtiyat oyunçular: 99. Mateus Koxalski, 97. Fabian Buntiç, 13. Bəhlul Mustafazadə, 44. Elvin Cəfərquliyev, 10. Abdullah Zubir, 81. Kevin Medina, 20. Kadi Borges, 2. Mateus Silva, 15. Leandro Andrade, 21. Aleksey Kaşuk, 35. Pedro Bikalyo, 17. Kamilo Duran.
Baş məşqçi: Qurban Qurbanov.
Kəpəz: 1. Kaçper Rosa, 27. Məqsəd İsayev, 7. Ehtiram Şahverdiyev, 77. Fərid Nəbiyev, 9. Luis Paçu, 11. Vitor Feyjao, 29. Dioqo Verdaska, 24. Olavale Onanuqa, 12. Mahamadu Ba (k), 10. Ryonosuke Ohori, 38. Cefferson Bento.
Ehtiyat oyunçular: 22. Məmməd Hüseynov, 99. Əli Səmədov, 88. Şakir Seyidov, 17. Ümid Səmədov, 15. Raul Məmmədov, 20. Elcan Əbilov, 23. Fərid Kələntərov, 66. Arzu Atakişiyev, 21. Sadiq Şəfiyev, 19. Otar Aptsiauri, 55. Kresus Donqo, 6. Pedro Qomes.
Baş məşqçi: Azər Bağırov.


