Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2024/2025-ci illər mövsümünün 30-cu turuna start verilib.
Arena.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub.
Turun açılış matçında çempionatın aşkar autsayderi “Səbail”lə lider “Qarabağ” üz-üzə gəliblər. Bu, sözügedən komandaların Premyer Liqadakı 31-ci görüşü olub. Əvvəlki 30 oyunda “Səbail” cəmi 3 qələbə qazanmışdı. 2 görüş bərabərliklə yekunlaşmışdısa, 25 oyunda “Qarabağ”ın qələbəsi qeydə alınmışdı. Top fərqində də Ağdam təmsilçisinin əzici üstünlüyü vardı – 70:15.
“Qarabağ” bu rəqibinə bütün görüşlərdə qol vurmuşdu. “Səbail” son 6 qarşılaşmada xal qazanmamışdı. Ənənə bu oyunda da davam edib. Ağdamlılar autsayderi 4:1 hesabıyla məğlub ediblər.
Premyer Liqa
30-cu tur
11 aprel
“Səbail” – “Qarabağ” 1:4
Qollar: David Qomis, 72 – Abdullah Zubir, 17. Leandro Andrade, 19; 52; 65.
Hakimlər: Tural Qurbanov, Asiman Əzizli, Rəhman İmami, Kamran Əliyev.
VAR: Fərid Hacıyev.
AVAR: Kamran Bayramov.
Hakim-inspektor: İmanxan Sultani.
AFFA nümayəndəsi: Elgiz Abbasov.
“Bayıl Arena”, 19:00.
Səbail: 1. Hüseynəli Quliyev, 74. Yusif Nəbiyev (k), 18. Süleyman Əhmədov, 83. Nihad Quliyev, 19. Samir Abdullayev, 16. Emin Rüstəmov, 10. David Qomis, 3. Dmitri Litvin, 99. İnnosent Nşuti, 4. Marko Nikoliç, 5. Gitay Sofir.
Ehtiyat oyunçular: 12. Əlirza Müştəbazadə, 25. Nicat Məmmədzadə, 96. İlkin Muradov, 77. Fərid Nəbiyev, 11. Rüfət Abdullazadə, 67. Rəvan Abasov, 97. Oruc Məmmədov, 88. Hacıəli Şirəliyev, 44. Amir Bilali, 7. Madi Keta.
Məşqçi: Elvin Məmmədov.
Qarabağ: 99. Mateuş Koxalski, 13. Bəhlul Mustafazadə, 44. Elvin Cəfərquliyev, 27. Toral Bayramov, 90. Nəriman Axundzadə, 10. Abdullah Zubir (k), 7. Yassin Benzya, 8. Marko Yankoviç, 9. Kadi Borges, 2. Mateus Silva, 15. Leandro Andrade.
Ehtiyat oyunçular: 97. Fabian Buntiç, 12. Sadiq Məmmədzadə, 55. Bədavi Hüseynov, 30. Abbas Hüseynov, 24. Aleksey İsayev, 22. Musa Qurbanlı, 29. Marko Veşoviç, 81. Kevin Medina, 66. Patrik Andrade, 19. Redon Cica, 21. Aleksey Kaşuk, 11. Emmanuel Addai
Baş məşqçi: Qurban Qurbanov.


