Futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2023/2024 mövsümünün 6-cı turunun oyunları üçün hakim təyinatları açıqlanıb.
Arena.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının rəsmi saytı məlumat yayıb.
Sabah baş tutacaq yeganə oyununu, turun açılış matçında üz-üzə gələcək “Zirə” ilə “Sumqayıt”ın görüşünü Kamranbəy Rəhimov idarə edəcək.
“Kəpəz” – “Səbail” oyunu Rəvan Həmzəzadəyə, “Araz-Naxçıvan” – “Neftçi” matçı isə İnqilab Məmmədova həvalə edilib.
Sonuncu oyun günündə də iki görüş baş tutacaq. “Turan Tovuz” – “Qəbələ” matçında FİFA referisi Əliyar Ağayev söz sahibi olacaq.
Turun mərkəzi matçında isə “Qarabağ” və “Sabah” komandaları üz-üzə gələcək. Ötən mövsümün qızıl və gümüş mükafatçılarının görüşünü Tural Qurbanov idarə edəcək.
Premyer Liqa
1-ci tur
15 sentyabr
“Zirə” – “Sumqayıt”
Hakimlər: Kamranbəy Rəhimov, Rahil Ramazanov, Eyyub İbrahimov, Vüqar Həsənli.
Hakim-inspektor: Barış Şimşek.
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov.
Zirə İdman Kompleksinin stadionu, 17:00.
16 sentyabr
“Kəpəz” – “Səbail”
Hakimlər: Rəvan Həmzəzadə, Namiq Hüseynov, Şirmamed Mamedov, Rövşən Rəcəbov.
Hakim-inspektor: Rəhim Həsənov.
AFFA nümayəndəsi: Erkin Hüseynov.
Gəncə şəhər stadionu, 16:00.
“Araz-Naxçıvan” – “Neftçi”
Hakimlər: İnqilab Məmmədov, Pərvin Talıbov, Kamran Bayramov, Əli Əliyev.
Hakim-inspektor: Ramil Diniyev.
AFFA nümayəndəsi: Eldəniz Musayev.
Bakı. “Dalğa Arena”, 18:00.
17 sentyabr
“Turan Tovuz” – “Qəbələ”
Hakimlər: Əliyar Ağayev, Elşad Abdullayev, Asiman Əzizli, Emin Əliyev.
Hakim-inspektor: Ömər Paşayev.
AFFA nümayəndəsi: Yavər Rəhimov.
Tovuz şəhər stadionu, 16:30.
“Qarabağ” – “Sabah”
Hakimlər: Tural Qurbanov, Müslüm Əliyev, Vüsal Məmmədov, Rəşad Əhmədov.
Hakim-inspektor: Anar Salmanov.
AFFA nümayəndəsi: Aslan Şahgəldiyev.
Bakı. Tofiq Bəhramov adına Respublika Stadionu, 19:30.


