Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2024/2025-ci illər mövsümünün sonuncu – 36-cı turunun növbəti oyunları keçiriləcək.
Arena.az xəbər verir ki, ikinci oyun günündə iki qarşılaşma baş tutacaq.
Çempionluğu bir neçə tur öncə təmin etmiş “Qarabağ” mövsümün son oyununda “Şamaxı”nın qonağı olacaq. Şamaxı şəhər stadionunda keçiriləcək oyunu Rauf Cabbarov idarə edəcək.
Günün digər oyununda isə iki paytaxt təmsilçisi – “Sabah” və “Neftçi” üz-üzə gələcək. Masazırda baş tutacaq qarşılaşmanın baş hakimi Tural Qurbanov olacaq.
Qeyd edək ki, Premyer Liqada mövsümün sonuncu turunun qalan görüşləri mayın 25-də keçiriləcək.
Premyer Liqa
36-cı tur
23 may
“Səbail” – “Sumqayıt” 1:4
Qollar: Suleyman Alluş, 21 – Sertan Taşkın, 28. Georgi Xaraişvili, 59-pen. Ronaldo Vaskes, 79. Roi Kehat, 90+1.
Hakimlər: Rəşad Əhmədov, Rahil Ramazanov, Sevda Nuriyeva, Elvin Bayramov.
VAR: İnqilab Məmmədov.
AVAR: Namiq Hüseynov.
Hakim-inspektor: Vüsal Əliyev.
AFFA nümayəndəsi: Zaur Hacı-Məhərrəmov.
“Bayıl Arena”, 19:30.
24 may
“Şamaxı” – “Qarabağ”
Hakimlər: Rauf Cabbarov, Zöhrab Abbasov, Tərlan Talıbzadə, Əkbər Əhmədov.
VAR: Elçin Məsiyev.
AVAR: Pərvin Talıbov.
Hakim-inspektor: Ömər Paşayev.
AFFA nümayəndəsi: Elçin Mehtiyev.
Şamaxı şəhər stadionu, 17:00.
“Sabah” – “Neftçi”
Hakimlər: Tural Qurbanov, Asiman Əzizli, Kərim Zeynalov, Kamranbəy Rəhimov.
VAR: Rəvan Həmzəzadə.
AVAR: Kamran Bayramov.
Hakim-inspektor: İmanxan Sultani.
AFFA nümayəndəsi: Elgiz Abbasov.
“Masazır Arena”, 19:30.
25 may
“Turan Tovuz” – “Kəpəz”
Hakimlər: Fərid Hacıyev, Vüsal Məmmədov, Rəhman İmami, Kamran Əliyev.
VAR: Əliyar Ağayev.
AVAR: Akif Əmirəli.
Hakim-inspektor: Anar Salmanov.
AFFA nümayəndəsi: İlham Əliyev.
Tovuz şəhər stadionu, 17:00.
“Araz-Naxçıvan” – “Zirə”
Hakimlər: Cavid Cəlilov, Elşad Abdullayev, Eyyub İbrahimov, Əli Əliyev.
VAR: Nicat İsmayıllı.
AVAR: Zeynal Zeynalov.
Hakim-inspektor: Ramil Diniyev.
AFFA nümayəndəsi: Elçin Məmmədov.
“Dalğa Arena”, 19:30.


