Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2025/2026-cı illər mövsümünün 2-ci turuna start verilib.
Arena.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma baş tutub.
Günün sonuncu oyunu son çempion “Qarabağ”la “Sumqayıt” arasında baş tutub. Yeni mövsümdə ilk oyununu keçirən Ağdam klubu ev oyunundan qələbə ilə ayrılmaq istəyirdi. “Sumqayıt” isə mövsümə uğurlu startın davamını gətirməyə ümid bəsləyirdi.
Cavid Cəlilovun idarə etdiyi oyunun taleyini bir qol həll edib. “Sumqayıt” səfərdə minimal hesabla qalib gəlməklə ardıcıl ikinci qələbəsini rəsmiləşdirib. İlk turdakı oyunu təxirə salınmış “Qarabağ” isə mövsümün ilk oyununda məğlubiyyətə üzülüb.
Premyer Liqa
2-ci tur
22 avqust
“Qarabağ” – “Sumqayıt” 0:1
Qol: Ronaldo Vaskes, 72.
Hakimlər: Cavid Cəlilov, Kamran Bayramov, Müslüm Əliyev, Kamranbəy Rəhimov.
VAR: Nicat İsmayıllı.
AVAR: Rahil Ramazanov.
Hakim-inspektor: Rəhim Həsənov.
AFFA nümayəndəsi: Elgiz Abbasov.
Bakı. “Azersun Arena”, 19:30.
Qarabağ: 1. Şahrudin Məhəmmədəliyev, 55. Bədavi Hüseynov (k), 30. Abbas Hüseynov, 27. Toral Bayramov, 22. Musa Qurbanlı, 32. Hikmət Cəbrayılzadə, 3. Semi Mmae, 18. Dani Bolt, 6. Kris Kuaku, 21. Aleksey Kaşuk, 11. Emmanuel Addai.
Ehtiyat oyunçular: 99. Mateuş Koxalski, 97. Fabian Buntiç, 13. Bəhlul Mustafazadə, 44. Elvin Cəfərquliyev, 90. Nəriman Axundzadə, 10. Abdullah Zubir, 8. Marko Yankoviç, 20. Kadi Borges, 2. Mateus Silva, 15. Leandro Andrade, 35. Pedro Bikalyo.
Baş məşqçi: Qurban Qurbanov.
Sumqayıt: 1. Mehdi Cənnətov, 7. Rüstəm Əhmədzadə, 8. Səbuhi Abdullazadə (k), 19. Roi Kehat, 9. Aleksandr Ramalinqom, 14. Pedro Pinto, 72. Rayan Senhadji, 23. Ronaldo Vaskes, 80. Keffel Resende, 11. Aleksa Yankoviç, 25. Abdul Raşid.
Ehtiyat oyunçular: 22. Xəyal Fərzullayev, 56. Aftandil Arixov, 30. Kamran Quliyev, 6. Rauf Rüstəmli, 20. Ayxan Süleymanlı, 21. Nihad Əhmədzadə, 64. Kənan Feyziyev, 75. Nadir Orucov, 66. Ruslan Əliyev, 97. Vüsal Paşayev, 10. Nikola Ninkoviç, 71. Masaki Murata.
Baş məşqçi: Saşa İliç.


