Premyer Liqa: “Səbail” elitanı darmadağınla tərk etdi

Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2024/2025-ci illər mövsümünün sonuncu – 36-cı turuna start verilib.

Arena.az xəbər verir ki, ilk oyun günündə bir görüş baş tutub.

Son turun açılış oyununda Premyer Liqanı tərk edəcəyi dəqiqləşmiş “Səbail” turnir cədvəlindəki qonşusu “Sumqayıt”ı qəbul edib. Bu qarşılaşmanı Rəşad Əhmədov idarə edib. Beş qolluq bu qarşılaşmada qonaqlar əzmkar qələbəyə seviniblər.

Qeyd edək ki, turun qalan görüşləri mayın 24-də və 25-də keçiriləcək.

Premyer Liqa
36-cı tur

23 may

“Səbail” – “Sumqayıt” 1:4
Qollar: Suleyman Alluş, 21 – Sertan Taşkın, 28. Georgi Xaraişvili, 59-pen. Ronaldo Vaskes, 79. Roi Kehat, 90+1.
Hakimlər: Rəşad Əhmədov, Rahil Ramazanov, Sevda Nuriyeva, Elvin Bayramov.
VAR: İnqilab Məmmədov.
AVAR: Namiq Hüseynov.
Hakim-inspektor: Vüsal Əliyev.
AFFA nümayəndəsi: Zaur Hacı-Məhərrəmov.
“Bayıl Arena”, 19:30.

Səbail: 1. Hüseynəli Quliyev, 96. İlkin Muradov, 11. Rüfət Abdullazadə (k), 19. Samir Abdullayev, 16. Emin Rüstəmov, 67. Rəvan Abasov, 97. Oruc Məmmədov, 88. Hacıəli Şirəliyev, 44. Amir Bilali, 4. Marko Nikoliç, 14. Suleyman Alluş.
Ehtiyat oyunçular: 12. Əlirza Müştəbazadə, 25. Nicat Məmmədzadə, 22. Mirabdulla Abbasov, 18. Süleyman Əhmədov, 20. Mert Çelik, 83. Nihad Quliyev, 89. Ömər Qurbanov, 8. Qorka Larruçea, 3. Dmitri Litvin, 5. Gitay Sofir, 21. Ayman Buali.
Baş məşqçi: Əbdülqəni Nurməmmədov.

Sumqayıt: 36. Xəyal Fərzullayev, 2. Sertan Taşkın, 17. Murad Xaçayev (k), 8. Səbuhi Abdullazadə, 21. Nihat Əhmədzadə, 24. Sənan Muradlı, 75. Nadir Orucov, 12. Georgi Xaraişvili, 99. Silvanus Nimeli, 5. Alan Dias, 77. Cəsurbek Cəloliddinov.
Ehtiyat oyunçular: 1. Mehdi Cənnətov, 56. Aftandil Arixov, 14. Elvin Bədəlov, 7. Rövlan Muradov, 30. Kamran Quliyev, 20. Ayxan Süleymanlı, 66. Ruslan Əliyev, 97. Vüsal Paşayev, 19. Roi Kehat, 11. Momo Yansane, 23. Ronaldo Vaskes, 9. Bobur Abduholikov.
Məşqçi: Şahin Abdullayev.

Xəbəri sosial şəbəkələrdə paylaş: