Premyer Liqa: “Sabah”la “Sumqayıt”dan hərəyə 1 qol, 1 xal

Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2025/2026-cı illər mövsümünün 6-cı turuna yekun vurulub.

Arena.az xəbər verir ki, turun qapanış matçında “Sabah” “Sumqayıt”la qarşılaşıb.

Əliyar Ağayevin idarə etdiyi görüş “Masazır Arena”da baş tutub. Tərəflər meydanı hərəyə 1 qol və 1 xalla tərk ediblər.

Bu görüşdə gözlənilməz hadisə də yaşanıb. Belə ki, matçın 29-cu dəqiqəsində arenanın işıqları sönüb. Bu üzdən oyunda təxminən 20 dəqiqəlik fasilə yaranıb. Problem aradan qaldırıldıqdan sonra oyun davam etdirilib.

Premyer Liqa
6-cı tur
28 sentyabr

“Sabah” – “Sumqayıt” 1:1
Qollar: Coy Lens Mikels, 26. Rüstəm Əhmədzadə, 35.
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Emin Əliyev.
VAR: Nicat İsmayıllı.
AVAR: Pərvin Talıbov.
Hakim-inspektor: Ramil Diniyev.
“Masazır Arena”. 19:00.

Sabah: 92. Stas Pokatilov, 5. Rəhman Daşdəmirov, 20. Coy Lens Mikels, 18. Pavol Şafranko (k), 21. Velko Simiç, 80. Akim Zedadka, 3. Stiv Solvet, 27. Timoteuş Puxaç, 13. İvan Lepinitsa, 11. Kahim Parris, 33. Umarali Rahmonaliyev.
Ehtiyat oyunçular: 55. Nicat Mehbalıyev, 72. Rüstəm Samiqullin, 17. Tellur Mütəllimov, 10. Anatoli Nuriyev, 8. Ayaz Quliyev, 2. Amin Seydiyev, 6. Abdulla Xaybulayev, 88. Xəyal Əliyev, 19. Aron Maluda, 53. Andrey Santos.
Baş məşqçi: Valdas Dambrauskas.

Sumqayıt: 1. Mehdi Cənnətov, 3. Höccət Haqverdi, 7. Rüstəm Əhmədzadə, 8. Səbuhi Abdullazadə (k), 19. Roi Kehat, 9. Aleksandr Ramalinqom, 10. Nikola Ninkoviç, 72. Rayan Senhadji, 80. Keffel Resende, 11. Aleksa Yankoviç, 25. Abdul Raşid.
Ehtiyat oyunçular: 22. Xəyal Fərzullayev, 56. Aftandil Arixov, 21. Nihad Əhmədzadə, 75. Nadir Orucov, 97. Vüsal Paşayev, 14. Pedro Pinto, 23. Ronaldo Vaskes, 71. Masaki Murata.
Baş məşqçi: Saşa İliç.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: