Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2025/2026-cı illər mövsümünün 6-cı turunun növbəti oyunları keçiriləcək.
Arena.az xəbər verir ki, ikinci oyun günündə də iki qarşılaşma baş tutacaq.
Öncə, “Şamaxı” doğma meydanda “Araz-Naxçıvan”la münasibətlərinə aydınlıq gətirəcək. Şamaxı şəhər stadionunda baş tutacaq qarşılaşmanı Rəşad Əhmədov idarə edəcək.
Günün digər oyunu “Neftçi” ilə “Karvan” arasında keçiriləcək. “Neftçi Arena”dakı görüşün baş hakimi Kamranbəy Rəhimov olacaq.
Turun qalan görüşləri sentyabrın 28-də keçiriləcək.
Premyer Liqa
6-cı tur
26 sentyabr
“İmişli” – “Zirə” 1:1
Qollar: Dioqo Rollo, 26 – Davit Volkov, 80.
Hakimlər: Əli Əliyev, Teymur Teymurov, Cəmil Quliyev, Tural Qurbanov.
VAR: Elçin Məsiyev.
AVAR: Elşad Abdullayev.
Hakim-inspektor: Feyzulla Feyzullayev.
Quba Olimpiya İdman Kompleksinin stadionu. 15:30.
“Qarabağ” – “Qəbələ” 2:0
Qollar: Abdullah Zubir, 16. Musa Qurbanlı, 90+3.
Hakimlər: Rauf Cabbarov, Tərlan Talıbzadə, Şirmamed Mamedov, Elvin Bayramov.
VAR: Cavid Cəlilov.
AVAR: Kamran Bayramov.
Hakim-inspektor: Anar Salmanov.
Bakı. “Azərsun Arena”. 19:00.
27 sentyabr
15:30. “Şamaxı” – “Araz-Naxçıvan”
Hakimlər: Rəşad Əhmədov, Müslüm Əliyev, Kərim Zeynalov, İslam Məmmədov.
VAR: Rəvan Həmzəzadə.
AVAR: Eyyub İbrahimov.
Hakim-inspektor: Ceyhun Haşımov.
Şamaxı şəhər stadionu.
19:00. “Neftçi” – “Karvan”
Hakimlər: Kamranbəy Rəhimov, Asiman Əzizli, Zöhrab Abbasov, Nicat İsmayıllı.
VAR: Fərid Hacıyev.
AVAR: Vüqar Həsənli.
Hakim-inspektor: Babək Quliyev.
Bakı. “Neftçi Arena”.
28 sentyabr
16:30. “Turan Tovuz” – “Kəpəz”
Hakimlər: İnqilab Məmmədov, Namik Hüseynov, Rahil Ramazanov, Vüqar Həsənli.
VAR: Kamal Umudlu.
AVAR: Kamran Əliyev.
Hakim-inspektor: İmanxan Sultani.
Bakı. “Azərsun Arena”.
19:00. “Sabah” – “Sumqayıt”
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Emin Əliyev.
VAR: Nicat İsmayıllı.
AVAR: Pərvin Talıbov.
Hakim-inspektor: Ramil Diniyev.
“Masazır Arena”.


