Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2025/2026-cı illər mövsümünün 8-ci turuna start veriləcək.
Arena.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma baş tutacaq.
Turun açılış oyununda “Şamaxı” doğma meydanda “Kəpəz”lə üz-üzə gələcək. Ayxan Abbasovun komandası çempionatın aşkar autsayderi ilə oyundan qələbə ilə ayrılmağı hədəfləyib. Amma Gəncə təmsilçisi də yeni mövsümdə ilk xal və ya xallarını qazanmaq arzusundadır. Qarşılaşmanı FİFA referisi Əliyar Ağayev idarə edəcək.
Günün digər oyunu “Turan Tovuz”la “Qarabağ” arasında baş tutacaq. Ağdam təmsilçisi öz meydanında Tovuz klubunun “qonağı olacaq”. Çünki bu komanda məlum səbəblərdən ev oyunlarını məhz “Azersun Arena”da keçirir. Qarşılaşmanın baş hakimi Elçin Məsiyev olacaq.
Turun qalan görüşləri oktyabrın 18-də və 19-da keçiriləcək.
Premyer Liqa
8-ci tur
17 oktyabr
“Şamaxı” – “Kəpəz”
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Əkbər Əhmədov.
VAR: Rəşad Əhmədov.
AVAR: Zöhrab Abbasov.
Hakim-inspektor: Asim Xudiyev.
AFFA nümayəndəsi: Azər Əsgərov.
Şamaxı şəhər stadionu, 14:30.
“Turan Tovuz” – “Qarabağ”
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Kamranbəy Rəhimov.
VAR: Kamal Umudlu.
AVAR: Vüsal Məmmədov.
Hakim-inspektor: Babək Quliyev.
AFFA nümayəndəsi: İlham Əliyev.
Bakı. “Azersun Arena”, 19:00.
18 oktyabr
“İmişli” – “Qəbələ”
Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Rahil Ramazanov, Elvin Bayramov.
VAR: Tural Qurbanov.
AVAR: Şirmamed Mamedov.
Hakim-inspektor: Ömər Paşayev.
AFFA nümayəndəsi: Erkin Hüseynov.
Quba Olimpiya İdman Kompleksinin stadionu, 14:30.
“Sumqayıt” – “Karvan”
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Gülnurə Əkbərzadə, Kamran Əliyev.
VAR: Əli Əliyev.
AVAR: Əliyar Ağayev.
Hakim-inspektor: Ramil Diniyev.
AFFA nümayəndəsi: Rüfət Əmirov.
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu, 18:00.
19 oktyabr
“Sabah” – “Zirə”
Hakimlər: Cavid Cəlilov, Kamran Bayramov, Müslüm Əliyev, Emin Əliyev.
VAR: Rauf Cabbarov.
AVAR: Eyyub İbrahimov.
Hakim-inspektor: İmanxan Sultani .
AFFA nümayəndəsi: Eldəniz Musayev.
“Masazır Arena”, 16:00.
“Neftçi” – “Araz-Naxçıvan”
Hakimlər: Fərid Hacıyev, Rəhman İmami, Tərlan Talıbzadə, İslam Məmmədov.
VAR: Nicat İsmayıllı.
AVAR: Asiman Əzizli.
Hakim-inspektor: Anar Salmanov.
AFFA nümayəndəsi: Elçin Məmmədov.
Bakı. “Neftçi Arena”, 18:30.


