Premyer Liqa: “Şamaxı” “Neftçi”yə, “Araz” “Sumqayıt”a qarşı

Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2024/2025-ci illər mövsümünün 29-cu turuna yekun vurulacaq.

Arena.az xəbər verir ki, sonuncu oyun günündə də iki qarşılaşma baş tutacaq.

Əvvəlcə “Şamaxı” doğma meydanda “Neftçi” ilə münasibətlərinə aydınlıq gətirəcək. Fərid Hacıyevin idarə edəcəyi oyuna Şamaxı şəhər stadionunda, saat 15:30-da start veriləcək. Əyalət təmsilçisi hazırda 28 xalla 8-ci, paytaxt klubu isə 32 xalla 6-cı pillədə qərarlaşıb.

Turun qapanış matçında isə “Araz-Naxçıvan” “Sumqayıt”ı sınağa çəkəcək. Mərdəkandakı “Dalğa Arena”da baş tutacaq görüşü Cavid Cəlilov idarə edəcək. Bu oyun da ortababların dueli kimi qiymətləndirilə bilər. Naxçıvan təmsilçisi hazırda 48 xalla üçüncü, “Sumqayıt” isə 29 xalla yeddinci pillədə yer alır.

Premyer Liqa
29-cu tur

5 aprel

“Səbail” – “Turan Tovuz” 0:0
Hakimlər: Rəşad Əhmədov, Zöhrab Abbasov, Teymur Teymurov, Kamran Əliyev.
VAR: Kamal Umudlu.
AVAR: Zeynal Zeynalov.
Hakim-inspektor: Zöhrab Qədiyev.
AFFA nümayəndəsi: Anar Şixəliyev.
“Bayıl Arena”, 17:00.

6 aprel

“Sabah” – “Kəpəz” 0:1
Qol: Valdemar Almeyda, 41.
Hakimlər: Rauf Cabbarov, Pərvin Talıbov, Şirmamed Mamedov, Rəvan Həmzəzadə.
VAR: Nicat İsmayıllı.
AVAR: Akif Əmirəli.
Hakim-inspektor: Anar Salmanov.
AFFA nümayəndəsi: Elçin Mehtiyev.
“Masazır Arena”, 17:00.

“Qarabağ” – “Zirə” 1:0
Qol: Kadi Borges, 15.
Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Rahil Ramazanov, Əkbər Əhmədov.
VAR: Tural Qurbanov.
AVAR: Asiman Əzizli.
Hakim-inspektor: Orxan Məmmədov.
AFFA nümayəndəsi: Asif Əliyev.
Bakı. Tofiq Bəhramov adına Respublika Stadionu, 19:30.

7 aprel

“Şamaxı” – “Neftçi”
Hakimlər: Fərid Hacıyev, Vüsal Məmmədov, Rəhman İmami, Əli Əliyev.
VAR: Rəvan Həmzəzadə.
AVAR: Kamran Bayramov.
Hakim-inspektor: Babək Quliyev.
AFFA nümayəndəsi: Eldəniz Musayev.
Şamaxı şəhər stadionu, 15:30.

“Araz-Naxçıvan” – “Sumqayıt”
Hakimlər: Cavid Cəlilov, Müslüm Əliyev, Eyyub İbrahimov, Elvin Bayramov.
VAR: Nicat İsmayıllı.
AVAR: Cəmil Quliyev.
Hakim-inspektor: Ömər Paşayev.
AFFA nümayəndəsi: Nəriman Axundov.
Mərdəkan. “Dalğa Arena”, 18:00.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: