Futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2025/2026-cı illər mövsümünün 6-cı turunun oyunları keçirilir.
Arena.az xəbər verir ki, ikinci oyun gününün ilk qarşılaşması Şamaxıda baş tutub.
“Şamaxı” doğma meydanda “Araz-Naxçıvan”la münasibətlərinə aydınlıq gətirib. Şamaxı şəhər stadionunda baş tutmuş qarşılaşmanı Rəşad Əhmədov idarə edib. Oyunda hesabı meydan sahibləri açsalar da, qonaqlar ikinci hissədə bərabərlik qolunu vurublar. Qalan dəqiqələrdə başqa qol qeydə alınmayıb və tərəflər hərəyə 1 xalla kifayətləniblər.
Günün digər oyunu “Neftçi” ilə “Karvan” arasında keçiriləcək. “Neftçi Arena”dakı görüşün baş hakimi Kamranbəy Rəhimov olacaq.
Premyer Liqa
6-cı tur
27 sentyabr
“Şamaxı” – “Araz-Naxçıvan” 1:1
Qollar: Rüft Abbasov, 28 – Çarlz Boli, 73.
Hakimlər: Rəşad Əhmədov, Müslüm Əliyev, Kərim Zeynalov, İslam Məmmədov.
VAR: Rəvan Həmzəzadə.
AVAR: Eyyub İbrahimov.
Hakim-inspektor: Ceyhun Haşımov.
Şamaxı şəhər stadionu. 15:30.
Şamaxı: 1. Rikardo Fernandes (k), 97. Oruc Məmmədov, 82. Rüfət Abbasov, 9. Karim Rossi, 3. Vladislav Veremeyev, 13. Rikardo Apolinario, 11. Dioqo Balau, 4. Sezar Enrike, 44. David Santos, 19. Abdullahi Şuaybu, 8. Alfons Msanqa.
Ehtiyat oyunçular: 62. Abdulla Seydəhmədov, 99. Səlim Həşimov, 17. Rafael Məhərrəmli, 5. Arsen Ağcabəyov, 80. Həbib İsmayılov, 21. Bilal İsmayılov, 27. Emil Süleymanov, 77. Nihat Mehralıyev, 14. Ravil Qafarov, 24. Sənan Muradlı, 6. Antonio Lara.
Baş məşqçi: Ayxan Abbasov.
Araz-Naxçıvan: 12. Kristian Avram, 2. Qara Qarayev, 34. Ürfan Abbasov (k), 3. Bəxtiyar Həsənalızadə, 6. Patrik Andrade, 29. Vanderson Melo, 7. Hamidu Keyta, 10. Felipe Santos, 11. Ba-Muaka Simakala, 77. Bruno Franko, 70. Çarlz Boli.
Ehtiyat oyunçular: 94. Tərlan Əhmədli, 8. Coşqun Diniyev, 14. Ülvi İsgəndərov, 26. Ömər Buludov, 22. Elçin Mustafayev, 24. Mustafa Əhmədzadə, 17. İssuf Paro, 23. Nuno Rodriqes, 19. Bar Kohen.
Baş məşqçi: Elmar Baxşıyev.


