Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2025/2026-cı illər mövsümünün 8-ci turunun növbəti oyunları keçirilib.
Arena.az xəbər verir ki, ikinci oyun gününün sonuncu qarşılaşması Sumqayıtda baş tutub.
“Sumqayıt” “Karvan”la qarşılaşıb. Rəvan Həmzəzadənin idarə etdiyi matçda meydan sahibləri darmadağına seviniblər.
Xatırladaq ki, daha öncə keçirilmiş oyunlarda “Şamaxı” “Kəpəz”ə (1:4), “Turan Tovuz” “Qarabağ”a (1:2) uduzub, “İmişli” – “Qəbələ” matçında qalib müəyyənləşməyib – 2:2.
Premyer Liqa
8-ci tur
18 oktyabr
“Sumqayıt” – “Karvan” 4:1
Qollar: Ronaldo Vaskes, 12. Aleksandr Ramalinqom, 54-pen; 65-pen. Aleksa Yankoviç, 59 – Coy Sleyd Mikels, 43.
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Gülnurə Əkbərzadə, Kamran Əliyev.
VAR: Əli Əliyev.
AVAR: Əliyar Ağayev.
Hakim-inspektor: Ramil Diniyev.
AFFA nümayəndəsi: Rüfət Əmirov.
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu, 18:00.
Sumqayıt: 1. Mehdi Cənnətov (k), 6. Rauf Rüstəmli, 75. Nadir Orucov, 19. Roi Kehat, 9. Aleksandr Ramalinqom, 14. Pedro Pinto, 72. Rayan Senhadji, 23. Ronaldo Vaskes, 71. Masaki Murata, 80. Keffel Resende, 11. Aleksa Yankoviç.
Ehtiyat oyunçular: 22. Xəyal Fərzullayev, 56. Aftandil Arixov, 3. Höccət Haqverdi, 7. Rüstəm Əhmədzadə, 8. Səbuhi Abdullazadə, 21. Nihad Əhmədzadə, 66. Ruslan Əliyev, 97. Vüsal Paşayev, 10. Nikola Ninkoviç, 25. Abdul Raşid Mumini.
Baş məşqçi: Saşa İliç.
Karvan: 1. Kamran İbrahimov, 6. Vadim Abdullayev (k), 33. Eltun Turabov, 42. İbrahim Qədirzadə, 20. Coy Sleyd Mikels, 2. Şakil Sno, 19. Tompson Qavi, 3. Said İranxan, 8. Peter Kinqs, 21. İmani Barker, 4. Olavale Doyeni.
Ehtiyat oyunçular: 25. Əmrah Bulud, 7. Araz Abdullayev, 32. Elvin Yunuszadə, 18. Süleyman Əhmədov, 13. Vüsal Məsimov, 22. Qabil Əlizadə, 14. Uğur Cahangirov, 77. Əli Abdullayev, 12. Vitor Roşa, 11. Kayl Spens, 37. Mois Nqvisani, 10. Samuel Durrant.
Baş məşqçi: Azər Həşimov.


