Premyer Liqa: “Sumqayıt” “Turan Tovuz”la “sülh bağladı”

Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2023/2024 mövsümünün 23-cü turunun növbəti oyunları keçirilir.

Arena.az xəbər verir ki, ikinci oyun gününün ilk qarşılaşması Sumqayıtda baş tutub.

Burada “Sumqayıt” “Turan Tovuz”la üz-üzə gəlib. Tərəflər bu oyundan qolsuz ayrılıblar.

Bu heç-heçədən sonra “Sumqayıt” 36 xalla 2-ci pillədəki mövqeyini qoruyub. “Turan Tovuz” isə 30 xalla 8-cidir.

Xatırladaq ki, daha öncə “Səbail” – “Araz-Naxçıvan” matçında da qalib müəyyənləşməmişdi – 2:2. “Sabah” – “Kəpəz” oyununda isə meydan sahibləri 3:2 hesablı qələbəyə sevinmişdilər.

Bu gün keçiriləcək digər oyunda “Neftçi” “Zirə”ni qəbul edəcək.

23-cü turun “Qəbələ” – “Qarabağ” oyunu fevralın 28-nə təxirə salınıb.

Premyer Liqa
23-cü tur
18 fevral

“Sumqayıt” – “Turan Tovuz” 0:0
Hakimlər: Rauf Cabarov, Namiq Hüseynov, Müslüm Əliyev, Kamranbəy Rəhimov.
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu, 15:30.

Sumqayıt: 1. Mehdi Cənnətov, 14. Elvin Bədəlov (k), 7. Rövlan Muradov, 17. Murad Xaçayev, 8. Səbuhi Abdullazadə, 19. Roi Kehat, 11. Kazimir Ninqa, 12. Abu Dosso, 4. İsa Suliman, 71. Masaki Murata, 60. Tresor Mossi.
Ehtiyat oyunçular: 15. Orxan Sadıqlı, 32. Murad Ağamalıyev, 30. Kamran Quliyev, 20. Ayxan Süleymanlı, 21. Nihad Əhmədzadə, 41. Uğur Cahangirov, 35. Sənan Muradlı, 10. Kamran Əliyev, 9. Erik Sorqa.
Baş məşqçi: Samir Abasov.

Turan Tovuz: 13. Aydın Bayramov, 4. Şəhriyar Əliyev (k), 2. İsmayıl Zülfüqarlı, 99. Veysəl Rzayev, 5. Roderik Miller, 23. Alexandro Serrano, 7. Luis Paçu, 25. Denis Marandiç, 6. Bruno Qonçalves, 11. Ayxan Hüseynov, 21. Aleks Souza.
Ehtiyat oyunçular: 1. Tərlan Əhmədli, 85. Kamal Bayramov, 3. Tərlan Quliyev, 14. Slavik Alxasov, 10. Xəyal Nəcəfov, 88. Faiq Hacıyev, 77. Fərid Nəbiyev, 8. Fərid Yusifli, 33. Eltun Turabov, 15. Emmanuel Hakman, 9. Belaydi Pusi, 80. Otto Con.
Baş məşqçi: Ayxan Abbasov.

Xəbəri istədiklərinizlə paylaşın