Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2024/2025-ci illər mövsümünün 31-ci turuna start veriləcək.
Arena.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutacaq.
Turun açılış oyununda “Araz-Naxçıvan” “Turan Tovuz”u qəbul edəcək. Mərdəkanda keçiriləcək oyunu Əliyar Ağayev idarə edəcək.
Bu, sözügedən komandalar arasındakı 8-ci qarşılaşmadır. Əvvəlki 7 oyunda “Araz-Naxçıvan” 2, “Turan Tovuz” 5 qələbə qazanıb. Bu iki komandanın görüşlərində heç vaxt bərabərlik qeydə alınmayıb. Son iki oyunun hərəsində 1 qol vurulub. “Araz-Naxçıvan”ın ev oyunlarında qol vuran komanda qələbə qazanıb.
Qeyd edək ki, Premyer Liqanın 31-ci turunun qalan görüşləri şənbə və bazar günlərinə təsadüf edəcək.
Premyer Liqa
31-ci tur
18 aprel
“Araz-Naxçıvan” – “Turan Tovuz”
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Kamran Əliyev.
VAR: Tural Qurbanov.
AVAR: Asiman Əzizli.
Hakim-inspektor: Babək Quliyev.
AFFA nümayəndəsi: Azər Əsgərov.
Mərdəkan. “Dalğa Arena”, 19:00.
19 aprel
“Sabah” – “Səbail”
Hakimlər: Fərid Hacıyev, Vüsal Məmmədov, Rəhman İmami, Əkbər Əhmədov.
VAR: Rəşad Əhmədov.
AVAR: Cəmil Quliyev.
Hakim-inspektor: Feyzulla Feyzullayev.
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov.
“Masazır Arena”, 17:30.
“Qarabağ” – “Neftçi”
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Kamranbəy Rəhimov.
VAR: Kamal Umudlu.
AVAR: Namik Hüseynov.
Hakim-inspektor: Ömər Paşayev.
AFFA nümayəndəsi: Rüfət Əmirov.
Bakı. Tofiq Bəhramov adına Respublika Stadionu, 20:00.
20 aprel
“Şamaxı” – “Kəpəz”
Hakimlər: Cavid Cəlilov, Müslüm Əliyev, Eyyub İbrahimov, Elvin Bayramov .
VAR: Nicat İsmayıllı.
AVAR: Kamran Bayramov.
Hakim-inspektor: Vüsal Əliyev.
AFFA nümayəndəsi: Zaur Hacı-Məhərrəmov.
Şamaxı şəhər stadionu, 16:30.
“Zirə” – “Sumqayıt”
Hakimlər: Rauf Cabbarov, Rahil Ramazanov, Teymur Teymurov, Əli Əliyev.
VAR: Əliyar Ağayev.
AVAR: Zeynal Zeynalov.
Hakim-inspektor: Munis Abdullayev.
AFFA nümayəndəsi: Bəhram Qurbanov.
Zirə İdman Kompleksinin Stadionu, 19:00.