Futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2024/2025-ci illər mövsümünün 30-cu turunun oyunları keçirilir.
Arena.az xəbər verir ki, ikinci oyun gününün ilk qarşılaşması Tovuzda baş tutub.
“Turan Tovuz” doğma meydanda “Sabah”la münasibətlərinə aydınlıq gətirib. Bu matçı Elçin Məsiyev idarə edib. Son oyunlarında qələbəyə həsrət qalmış komandaların görüşünə maraq böyük idi. Bu komandaların turnir cədvəlində qonşu olması da oyuna marağı artıran məqamlardan idi. Belə ki, 4-cü olan “Turan”ın bu oyundan öncə 44, 5-ci sıradakı “Sabah”ın isə 36 xalı vardı.
Bu görüşdə hesabı paytaxt təmsilçisi açıb. Amma ikinci hissədə iki qol vurmağı bacaran Tovuz təmsilçisi yekunda əzmkar qələbə qazanmaqla uğursuz gedişata son qoyub.
Premyer Liqa
30-cu tur
12 aprel
“Turan Tovuz” – “Sabah” 2:1
Qollar: Ayxan Hüseynov, 56. Joarlem Santos, 57 – Anatoli Nuriyev, 14.
Qırmızı vərəqə: Pavol Şafranko, 45+2.
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Kamranbəy Rəhimov.
VAR: Cavid Cəlilov.
AVAR: Akif Əmirəli.
Hakim-inspektor: Ceyhun Haşımov.
AFFA nümayəndəsi: Emin Cəfərov.
Tovuz şəhər stadionu, 17:00.
Turan Tovuz: 41. Sergey Samok, 17. Rəhim Sadıxov, 88. Faiq Hacıyev, 11. Ayxan Hüseynov, 7. İsmayıl Zülfüqarlı, 9. Kristian da Silva, 23. Alexandro Serrano, 15. Emmanuel Hakman (k), 32. Hayderson Hurtado, 40. Kauan Martins, 21. Aleks Souza.
Ehtiyat oyunçular: 1. İvan Konovalov, 71. Mehman Hacıyev, 39. Sadiq Quliyev, 19. Orxan Əliyev, 33. Eltun Turabov, 10. Xəyal Nəcəfov, 8. Tural Bayramlı, 13. Fərid Yusifli, 30. Mircamal Əlizadə, 90. Joarlem Santos, 6. Araş Qaderi, 29. Anton Kraçkovski.
Baş məşqçi: Kurban Berdiyev.
Sabah: 92. Stas Pokatilov, 17. Tellur Mütəllimov, 9. Anatoli Nuriyev, 5. Rəhman Daşdəmirov, 15. Seymur Məmmədov, 7. Boyan Letiç, 4. Sofian Çakla, 18. Pavol Şafranko (k), 70. Jesse Sekidika, 3. Con İrasabal, 33. Umarali Rahmonaliyev.
Ehtiyat oyunçular: 1. Yusif İmanov, 55. Nicat Mehbalıyev, 8. Ayaz Quliyev, 6. Abdulla Xaybulayev, 88. Xəyal Əliyev, 32. Elgün Dünyamalıyev, 11. Kahim Parris, 99. Neqoş Kupusoviç.
Baş məşqçi: Vasili Berezutski.


