Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2024/2025-ci illər mövsümünün sonuncu oyunları keçirilir.
Arena.az xəbər verir ki, sonuncu oyun gününün ilk qarşılaşması Tovuzda baş tutub.
“Turan Tovuz” doğma meydanda “Kəpəz”lə üz-üzə gələcək. Qərb derbisini Fərid Hacıyev idarə edib. Tovuz təmsilçisi mövsümün son oyununda azarkeşlərinə jest edərək stadiona girişi pulsuz etmişdi. Komanda da tərəfdarlarını sevindirməyi bacarıb. Belə ki, meydan sahibləri yekunda 4 cavabsız qola seviniblər.
Bu nəticədən sonra “Turan Tovuz” Premyer Liqanın 2024/2025-ci illər mövsümünü 55 xalla 4-cü sırada başa vurub. “Kəpəz” isə 32 xalla 9-cu olub.
Premyer Liqa
36-cı tur
25 may
“Turan Tovuz” – “Kəpəz” 4:0
Qollar: Aleks Souza, 10; 23. Turan Manafov, 42-öz qapısına. Ayxan Hüseynov, 44.
Hakimlər: Fərid Hacıyev, Vüsal Məmmədov, Rəhman İmami, Kamran Əliyev.
VAR: Əliyar Ağayev.
AVAR: Akif Əmirəli.
Hakim-inspektor: Anar Salmanov.
AFFA nümayəndəsi: İlham Əliyev.
Tovuz şəhər stadionu, 17:00.
Turan Tovuz: 41. Sergey Samok, 17. Rəhim Sadıxov, 88. Faiq Hacıyev, 11. Ayxan Hüseynov, 7. İsmayıl Zülfüqarlı, 9. Kristian da Silva, 23. Alexandro Serrano, 15. Emmanuel Hakman (k), 32. Hayderson Hurtado, 40. Kauan Martins, 21. Aleks Souza.
Ehtiyat oyunçular: 1. İvan Konovalov, 71. Mehman Hacıyev, 19. Orxan Əliyev, 10. Xəyal Nəcəfov, 8. Tural Bayramlı, 13. Fərid Yusifli, 77. Veysəl Rzayev, 30. Mircamal Əlizadə, 5. Roderik Miller, 6. Araş Qaderi, 29. Anton Kraçkovski.
Baş məşqçi: Kurban Berdiyev.
Kəpəz: 1. Rojerio Santos, 7. Ehtiram Şahverdiyev, 12. Turan Manafov, 5. Rauf Hüseynli, 19. Sadiq Şəfiyev, 26. Valdemar Almeyda, 29. Dioqo Verdaska, 78. Yeqor Xvalko (k), 28. Rati Ardazişvili, 3. Mahamadu Ba, 10. Kərim Lkuça.
Ehtiyat oyunçular: 22. Məmməd Hüseynov, 18. Elgün Bayramov, 2. İlkin Qırtımov, 70. Nicat Süleymanov, 6. Nemət Musayev, 21. Camal Cəfərov, 17. Ümid Səmədov, 97. Nicat Məmmədov, 13. Elxan Məmmədov, 91. Nihad İsaqov, 11. Trent Buhaqyar 88. Şevroni Mabatşoev.
Baş məşqçi: Azər Bağırov.


