Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2024/2025-ci illər mövsümünün 31-ci turuna start verilib.
Arena.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub.
Turun açılış oyununda “Araz-Naxçıvan” “Turan Tovuz”u qəbul edib. Mərdəkanda keçirilmiş oyunu Əliyar Ağayev idarə edib.
Bu, sözügedən komandalar arasındakı 8-ci qarşılaşma idi. Əvvəlki 7 oyunda “Araz-Naxçıvan” 2, “Turan Tovuz” 5 qələbə qazanmışdı. Bu iki komandanın görüşlərində heç vaxt bərabərlik qeydə alınmamışdı. Son iki oyunun hərəsində 1 qol vurulmuşdu. “Araz-Naxçıvan”ın ev oyunlarında qol vuran komanda qələbə qazanmışdı.
Bu oyunda isə Naxçıvan və Tovuz komandaları Premyer Liqada ilk dəfə meydanı “sülh”lə tərk ediblər. Hesabı tovuzlular açıblarsa, nominal meydan sahibləri fasilədən sonra məğlubiyyətdən xilas ola biliblər.
Qeyd edək ki, Premyer Liqanın 31-ci turunun qalan görüşləri şənbə və bazar günlərinə təsadüf edəcək.
Premyer Liqa
31-ci tur
18 aprel
“Araz-Naxçıvan” – “Turan Tovuz” 1:1
Qollar: İssuf Paro, 52 – Faiq Hacıyev, 33.
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Kamran Əliyev.
VAR: Tural Qurbanov.
AVAR: Asiman Əzizli.
Hakim-inspektor: Babək Quliyev.
AFFA nümayəndəsi: Azər Əsgərov.
Mərdəkan. “Dalğa Arena”, 19:00.
Araz-Naxçıvan: 12. Kristian Avram, 5. Qara Qarayev, 34. Ürfan Abbasov (k), 7. Ülvi İsgəndərov, 26. Ömər Buludov, 16. Ramon Maçado, 29. Vanderson Melo, 17. İssuf Paro, 8. Karlos Jatoba, 4. İqor Ribeyro, 97. Felipe Santos.
Ehtiyat oyunçular: 94. Tərlan Əhmədli, 2. Slavik Alxasov, 6. Vadim Abdullayev, 22. Elçin Mustafayev, 20. Turan Vəlizadə, 11. Bayraməli Qurbanov, 71. Sənan Ağalarov, 57. Elcan Məmmədov, 23. Nuno Rodriqes, 10. Bernardo Dias.
Baş məşqçi: Elmar Baxşıyev.
Turan Tovuz: 41. Sergey Samok, 17. Rəhim Sadıxov, 88. Faiq Hacıyev, 11. Ayxan Hüseynov, 7. İsmayıl Zülfüqarlı, 9. Kristian da Silva, 23. Alexandro Serrano, 15. Emmanuel Hakman (k), 32. Hayderson Hurtado, 40. Kauan Martins, 21. Aleks Souza.
Ehtiyat oyunçular: 1. İvan Konovalov, 71. Mehman Hacıyev, 39. Sadiq Quliyev, 19. Orxan Əliyev, 33. Eltun Turabov, 10. Xəyal Nəcəfov, 8. Tural Bayramlı, 13. Fərid Yusifli, 77. Veysəl Rzayev, 30. Mircamal Əlizadə, 6. Araş Qaderi, 29. Anton Kraçkovski.
Məşqçi: Yunis Hüseynov.