Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2025/2026-cı illər mövsümünün 8-ci turunun növbəti oyunu keçirilib.
Arena.az xəbər verir ki, sonuncu oyun gününün ilk qarşılaşması Masazırda baş tutub.
“Sabah” doğma meydanda “Zirə”ni sınağa çəkib. Paytaxt təmsilçilərinin oyununu Cavid Cəlilov idarə edib. “Bayquşlar” bu oyunda 3 xalı 3 cavabsız qolla qazanıblar. Bununla da mövsümün məğlubiyyət tanımayan yeganə komandası olan “Zirə” də ilk dəfə xalsız qalıb.
Daha öncə “Şamaxı” “Kəpəz”ə (1:4), “Turan Tovuz” “Qarabağ”a (1:2) uduzub, “Sumqayıt” “Karvan”a qalib gəlib – 4:1. “İmişli” – “Qəbələ” matçında isə qalib müəyyənləşməyib – 2:2.
Turun qapanış matçında isə “Neftçi” və “Araz-Naxçıvan” komandaları üz-üzə gələcəklər.
Premyer Liqa
8-ci tur
19 oktyabr
“Sabah” – “Zirə” 3:0
Qollar: Aaron Maluda, 42. Velko Simiç, 45+2; 75.
Hakimlər: Cavid Cəlilov, Kamran Bayramov, Müslüm Əliyev, Emin Əliyev.
VAR: Rauf Cabbarov.
AVAR: Eyyub İbrahimov.
Hakim-inspektor: İmanxan Sultani .
AFFA nümayəndəsi: Eldəniz Musayev.
“Masazır Arena”, 16:00.
Sabah: 92. Stas Pokatilov (k), 5. Rəhman Daşdəmirov, 88. Xəyal Əliyev, 21. Velko Simiç, 80. Akim Zedadka, 3. Stiv Solvet, 27. Timoteuş Puxaç, 13. İvan Lepinitsa, 11. Kahim Parris, 33. Umarali Rahmonaliyev, 19. Aron Maluda.
Ehtiyat oyunçular: 55. Nicat Mehbalıyev, 72. Rüstəm Samiqullin, 17. Tellur Mütəllimov, 10. Anatoli Nuriyev, 8. Ayaz Quliyev, 2. Amin Seydiyev, 6. Abdulla Xaybullayev, 40. İqor Noqeyra, 70. Jesse Sekidika, 53. Andrey Santos.
Baş məşqçi: Valdas Dambrauskas.
Zirə: 97. Tyaqo Silva, 70. Namiq Ələsgərov, 32. Qismət Alıyev (k), 21. Hacıağa Hacılı, 26. Stefan Akka, 4. Ruan Renato, 25. Enrike Kustodio, 10. Georgi Papunaşvili, 93. Brahim Konate, 11. Junior Martins, 77. Yeqor Boqomolski.
Ehtiyat oyunçular: 13. Aydın Bayramov, 41. Anar Nəzirov, 7. Rövlan Muradov, 16. Fuad Bayramov, 14. Elçin Əlicanov, 48. Ramiz Muradov, 43. Əhliman Süleymanzadə, 28. Leroy Mikels, 30. Rikardo Martins, 5. Ange Mutsinzi, 6. Eldar Quliyev.
Baş məşqçi: Rəşad Sadıqov.


