Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2025/2026-cı illər mövsümünün 3-cü turunun növbəti oyunları keçirilir.
Arena.az xəbər verir ki, ikinci oyun gününün ilk qarşılaşması Zirədə baş tutub.
“Zirə” doğma meydanda “Kəpəz”lə münasibətlərinə aydınlıq gətirib. Zirə İdman Kompleksinin stadionunda keçirilmiş oyunu Kamranbəy Rəhimov idarə edib. Meydan sahibləri çempionatın aşkar autsayderi üzərində 5 cavabsız qolla qələbə qazanıb.
Premyer Liqa
3-cü tur
30 avqust
“Zirə” – “Kəpəz” 5:0
Qollar: Qismət Alıyev, 13. İssa Cibrilla, 32. Martins Junior, 37. Yeqor Boqomolski, 71. Davit Volkov, 85.
Hakimlər: Kamranbəy Rəhimov, Asiman Əzizli, Eyyub İbrahimov, Tural Qurbanov.
Zirə İdman Kompleksinin stadionu, 18:00.
Zirə: 97. Tyaqo Silva, 32. Qismət Alıyev (k), 29. Ceyhun Nuriyev, 4. Ruan Renato, 9. Davit Volkov, 10. Georgi Papunaşvili, 20. İssa Cibrilla, 93. Brahim Konate, 5. Ange Mutsinzi, 11. Junior Martins, 17. Ayron Qomis.
Ehtiyat oyunçular: 41. Anar Nəzirov, 13. Aydın Bayramov, 70. Namiq Ələsgərov, 21. Hacıağa Hacılı, 8. İsmayıl İbrahimli, 16. Fuad Bayramov, 14. Elçin Əlicanov, 26. Stefan Akka, 28. Leroy Mikels, 77. Yeqor Boqomolski, 6. Eldar Quliyev.
Baş məşqçi: Rəşad Sadıqov.
Kəpəz: 1. Kaçper Rosa, 27. Məqsəd İsayev, 88. Şakir Seyidov, 15. Raul Məmmədov, 9. Luis Paçu, 24. Olavale Onanuqa, 12. Mahamadu Ba (k), 19. Otar Aptsiauri, 55. Kresus Donqo, 38. Cefferson Bento, 6. Pedro Qomes.
Ehtiyat oyunçular: 22. Məmməd Hüseynov, 81. Elgün Bayramov, 7. Ehtiram Şahverdiyev, 99. Əli Səmədov, 77. Fərid Nəbiyev, 17. Ümid Səmədov, 20. Elcan Əbilov, 23. Fərid Kələntərov, 66. Arzu Atakişiyev, 11. Vitor Feyjao, 10. Ryonosuke Ohori.
Baş məşqçi: Adil Şükürov.


