Premyer Liqa: “Zirə”dən “Neftçi” üzərində əzmkar qələbə

Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2024/2025-ci illər mövsümünün 30-cu turuna yekun vurulub.

Arena.az xəbər verir ki, turun qapanış matçında “Neftçi” “Zirə”ni qəbul edib.

Bu oyundan öncə 55 xalla ikinci pillədə qərarlaşmış “Zirə” Premyer Liqanın vahid lideri “Qarabağ”la aradakı xal fərqinin artmaması üçün “Neftçi”yə qalib gəlməyə borclu idi. Amma 35 xalla 6-cı olan “ağ-qaralar” da bu oyundan qələbə ilə ayrılmağı hədəfləmişdilər. Oyuna da elə meydan sahibləri daha yaxşı başlayıblar və 23 dəqiqəyə 2 cavabsız qol vurmaqla böyük üstünlük əldə ediblər. Amma Samir Abasovun komandası bu cür üstünlüyü əldən verib. Belə ki, ilk hissədə fərqi azaldan zirəlilər fasilədən sonra daha 3 qol vurmaqla səfərdən əzmkar qələbə ilə qayıdıblar.

Premyer Liqa
30-cu tur

13 aprel

“Neftçi” – “Zirə” 2:4
Qollar: Filip Ozobiç, 9. Edvin Kuç, 23 – Rafael Utziq, 43-pen; 75-pen. Davit Volkov, 61. Ceyhun Nuriyev, 77.
Hakimlər: Rəşad Əhmədov, Zöhrab Abbasov, Teymur Teymurov, Elvin Bayramov.
VAR: Nicat İsmayıllı.
AVAR: Rahil Ramazanov.
Hakim-inspektor: Rəhim Həsənov.
AFFA nümayəndəsi: Kifayət Mustafayeva.
Bakı. “Neftçi Arena”, 19:15.

Neftçi: 93. Rza Cəfərov (k), 10. Filip Ozobiç, 3. Höccət Haqverdi, 19. Azər Salahlı, 7. Azər Əliyev, 4. Elvin Camalov, 90. Ramil Şeydayev, 91. Ağadadaş Salyanski, 14. Edvin Kuç, 99. Ervin Koffi, 44. Yuri Matias.
Ehtiyat oyunçular: 1. Emil Balayev, 30. Rüstəm Samiqullin, 17. Rəhman Hacıyev, 78. Elcan Əbilov, 47. Murad Məmmədov, 6. Rafael Quzzo, 9. Bassala Sambu, 22. Dembo Darbo, 88. Andrey Ştoqrin, 77. Yeqor Boqomolski, 11. Aleks Fernandes.
Baş məşqçi: Samir Abasov.

Zirə: 13. Aydın Bayramov, 7. Məqsəd İsayev, 32. Qismət Alıyev(k), 8. İsmayıl İbrahimli, 5. Stefan Akka, 4. Ruan Renato, 90. Davit Volkov, 30. Rikardo Martins, 23. Rafael Utziq, 17. Ayron Qomis, 19. Salifu Suma.
Ehtiyat oyunçular: 97. Tyaqo Silva, 41. Anar Nəzirov, 14. Elçin Əlicanov, 11. Rüstəm Əhmədzadə, 29. Ceyhun Nuriyev, 48. Ramiz Muradov, 10. Georgi Papunaşvili, 70. İssa Cibrilla, 3. Ange Mutsinzi, 15. Pyer Zebli, 18. Martins Junior, 6. Eldar Quliyev.
Baş məşqçi: Rəşad Sadıqov.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: