Premyer Liqa: “Zirə”dən “Şamaxı”ya 3 cavabsız qol

Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2024/2025-ci illər mövsümünün 28-ci turuna yekun vurulub.

Arena.az xəbər verir ki, sonuncu oyun günündə də iki qarşılaşma baş tutub.

Turun qapanış matçında “Zirə” “Şamaxı”nı qəbul edib. Kamal Umudlunun idarə etdiyi qarşılaşmada “Zirə” darmadağınla qalib gəlməklə ikinci pillədəki mövqeyini daha da möhkəmləndirib. Qəsəbə təmsilçisi hazırda 55 xalla ikinci pillədədir. “Şamaxı” isə 28 xalla 8-cidir.

Premyer Liqa
28-ci tur
30 mart

“Zirə” – “Şamaxı” 3:0
Qollar: Davit Volkov, 53. Ruan Renato, 71. Salifu Suma, 90+3.
Hakimlər: Kamal Umudlu, Vüsal Məmmədov, Elşad Abdullayev, Kamranbəy Rəhimov.
VAR: Əliyar Ağayev.
AVAR: Zeynal Zeynalov.
Hakim-inspektor: Anar Salmanov.
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov.
Zirə İdman Kompleksinin stadionu, 18:00.

Zirə: 13. Aydın Bayramov, 7. Məqsəd İsayev, 32. Qismət Alıyev (k), 8. İsmayıl İbrahimli, 5. Stefan Akka, 4. Ruan Renato, 90. Davit Volkov, 10. Georgi Papunaşvili, 23. Rafael Utziq, 17. Ayron Qomis, 19. Salifu Suma.
Ehtiyat oyunçular: 97. Tyaqo Silva, 41. Anar Nəzirov, 21. Hacıağa Hacılı, 14. Elçin Əlicanov, 11. Rüstəm Əhmədzadə, 29. Ceyhun Nuriyev, 30. Rikardo Martins, 70. İssa Cibrilla, 3. Ange Mutsinzi, 15. Pyer Zebli, 18. Junior Martins, 6. Eldar Quliyev.
Baş məşqçi: Rəşad Sadıqov.

Şamaxı: 1. Rikardo Fernandes, 17. Rafael Məhərrəmli, 18. Cəlal Hüseynov, 82. Rüfət Abbasov, 24. Edqar Adilxanov, 32. Vasili Radenoviç, 20. Leroy Mikels (k), 30. Andrey Tırkovyanu, 3. Vladislav Veremeyev, 66. Vasili Bakiç, 33. Alfons Msanqa.
Ehtiyat oyunçular: 85. Kamal Bayramov, 62. Abdulla Seydəhmədov, 60. Səbayıl Bağırov, 14. Vüsal Məsimov, 5. Arsen Ağcabəyov, 23. Murad Vəliyev, 6. Rauf Rüstəmli, 19. Fəxri Məmmədli.
Baş məşqçi: Ayxan Abbasov.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: