Premyer Liqada 2022/23 mövsümünün püşkü atıldı

Futbol üzrə İngiltərə Premyer Liqasının 2022/23 mövsümünün püşkü atılıb. Arena.az xəbər verir ki, İngiltərə çempionatında yeni mövsümə avqustun 5-də start veriləcək.

Mövsümün açılış matçında “Kristal Pelas” doğma meydanda “Arsenal”la qarşılaşacaq.

Son çempion “Mançester Siti” avqustun 7-də səfərdə “Vest Hem”lə üz-üzə gələcək. “Liverpul” mövsümün startında “Fulhem”lə, “Mançester Yunayted” “Brayton”la, “Çelsi” isə “Everton”la qarşılaşacaq.

2022/23 mövsümünə gələn il mayın 28-də yekun vurulacaq.

İngiltərə Premyer Liqası
1-ci tur

5 avqust

Kristal Pelas – Arsenal

6 avqust

Fulhem – Liverpul
Bornmut – Aston Villa
Lids – Vulverhempton
Lester Siti – Brentford
Nyukasl – Nottingem Forest
Tottenhem – Sauthempton
Everton – Çelsi

7 avqust

Mançester Yunayted – Brayton
Vest Hem – Mançester Siti

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: