Bu gün futbol üzrə UEFA Çempionlar Liqasında 2024/2025-ci illər mövsümünün yarımfinal mərhələsinin ilk oyunlarına start veriləcək.
Arena.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutacaq.
Mərhələnin ilk oyunu Fransa nəhəngi PSJ ilə İngiltərə təmsilçisi “Arsenal” arasında baş tutacaq. Bu komandalar arasındakı ilk görüş Londonda təşkil olunacaq.
Qeyd edək ki, UEFA Çempionlar Liqasında yarımfinal mərhələsinin digər matçı sabah, İspaniyada “Barselona” və “İnter” (İtaliya) arasında baş tutacaq.
UEFA Çempionlar Liqası
Yarımfinalın ilk oyunu
29 aprel
23:00. “Arsenal” (İngiltərə) – PSJ (Fransa)