PSJ Çempionlar Liqasında finala yaxınlaşdı

Bu gün futbol üzrə UEFA Çempionlar Liqasında 2024/2025-ci illər mövsümünün yarımfinal mərhələsinin ilk oyunlarına start verilib.

Arena.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub.

Mərhələnin ilk oyunu Fransa nəhəngi PSJ ilə İngiltərə təmsilçisi “Arsenal” arasında baş tutub. Bu komandalar arasındakı ilk görüş Londonda təşkil olunub. Görüşün taleyini bir qol həll edib. Fransa çempionu erkən vurduğu yeganə qol sayəsində çətin səfərdən qələbə ilə qayıdıb.

Qeyd edək ki, UEFA Çempionlar Liqasında yarımfinal mərhələsinin digər matçı sabah, İspaniyada “Barselona” və “İnter” (İtaliya) arasında baş tutacaq.

UEFA Çempionlar Liqası
Yarımfinalın ilk oyunu
29 aprel

“Arsenal” (İngiltərə) – PSJ (Fransa) 0:1
Qol: Usman Dembele, 4.

Xəbəri sosial şəbəkələrdə paylaş: