Məlum olduğu kimi, Fransa nəhəngi PSJ Çempionlar Liqasının 2024/2025-ci illər mövsümünün qalibi adını qazanıb.
Arena.az xatırladır ki, Paris klubu final oyununda İtaliya nəhəngi “İnter” üzərində 5:0 hesablı qələbəyə sevinib.
Müvafiq hesablı qələbə sayəsində Luis Enrikenin kollektivi UEFA Çempionlar Liqasının final oyunuda beş top fərqli ilə qalib gəlmiş ilk komanda olub.
Bundan başqa, Fransa nəhəngi fransız klubları arasında milli rekord müəyyənləşdirib. Belə ki, paytaxt təmsilçisi “qızıl üçəm”ə imza atımış ilk fransız klubudur. Üsəlik, PSJ həmçinin “çahargah”la fərqlənib – Paris təmsilçisi Fransa çempionluğunu, Fransa Kubokunu, Fransa Super Kubokunu və UEFA Çempionlar Liqasını qazanıb ki, müvafiq nailiyyət də fransız klubları arasında bir ilkdir.


