PSJ-dən çətin qələbə

Futbol üzrə Fransa çempionatında 24-cü tura start verilib. Arena.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub.

Turun açılış matçında lider PSJ doğma meydanda “Renn”i qəbul edib. Paris təmsilçisi bu oyundan son dəqiqə qolu ilə qalib ayrılıb.

Ötən turda PSJ ilə matçda darmadağın olan “Lill” bu dəfə çətin “Monpelye” səfərinə yollanacaq. “Monako” “Loryan”ı, Lion “Olimpik”i isə “Nitsa”nı qəbul edəcək.

“Qarabağ”ın Konfrans Liqasındakı rəqibi – Marsel “Olimpik”i bu turda autsayderlər sırasında yer alan “Mets”in qonağı olacaq.

Fransa Liqa 1
24-cü tur
11 fevral

PSJ – Renn 1:0
Qol: Mbappe, 90+3.

12 fevral

20:00. Monpelye – Lill
00:00. Olimpik (Lion) – Nitsa

13 fevral

16:00. Monako – Loryan
18:00. Anje – Strasburq
18:00. Brest – Trua
18:00. Klermon – Sent-Etyen
18:00. Nant – Reyms
20:05. Lans – Bordo
23:45. Mets – Olimpik (Marsel)

Xəbəri sosial şəbəkələrdə paylaş: