Bu gün futbol üzrə Fransa Kubokunda 2024/2025-ci illər mövsümünün 1/4 final mərhələsinin oyunlarına yekun vurulub.
Arena.az xəbər verir ki, sonuncu oyun günündə də iki qarşılaşma baş tutub.
Liqa 1 təmsilçilərindən “Brest” “Dunkerk”lə, PSJ isə “Brioşen”lə qarşılaşıb. Paris nəhəngi aşağı liqa təmsilçisinə 7 cavabsız qol vurmaqla sürprizə imkan verməyib. “Dunkerk” isə “Brest”i yarımfinala buraxmamaqla süprizə imza atıb.
Daha öncə “Anje” və “Kann” da növbəti mərhələyə yüksəlmişdilər.
Yarımfinal cütləri püşklə müəyyənləşəcək.
Xatırladaq ki, Fransa Kubokunda 2023/2024-cü illər mövsümünün qalibi PSJ olub. Paris təmsilçisi cari mövsümdə də bu turnirin əsas favoritidir.
Fransa Kuboku
1/4 final
25 fevral
Anje – Reyms 1:1 (penaltilər 3:5)
Qol: Dienq, 90+5 – Nakamura, 79.
Kann – Genqam 3:1
Qollar: Abbas, 23. Qonsalves, 30. Dominqes, 69 – Sive, 46.
26 fevral
Brest – Dunkerk 2:3
Qollar: Laqe, 45. B.Yussuf, 59-öz qapısına – Sasso, 65. Sanqante, 80; 84.
Brioşen – PSJ 0:7
Qollar: J.Neves, 16. Q.Ramos, 36; 48; 58. Due, 55. Mayulu, 66. Dembele, 85.