Fransa çempionu PSJ komandası bu ölkənin digər təmsilçisi “Olimpik”in (Lion) UEFA Çempionlar Liqasındakı rekordunu qırıb.
Arena.az xəbər verir ki, bu barədə Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının rəsmi saytı məlumat yayıb.
Fransa çempionu buna İngiltərədə “Aston Villa”ya uduzduğu (2:3) 1/4 final mərhələsinin cavab oyununda nail olub. Belə ki, parislilər cari mövsümdə qitənin bir nömrəli klub turnirində vurduğu qolların sayını 30-a çatdırıb. Lion “Olimpik”i isə 2004/2005-ci illər mövsümündə 29 qolla yadda qalmışdı.
Xatırladaq ki, Fransada “Aston Villa”nı 3:1 hesabı ilə üstələmiş PSJ UEFA Çempionlar Liqasında yarımfinala yüksəlib. Paris təmsilçisini növbəti mərhələdə “Arsenal” (İngiltərə) – “Real” (İspaniya) cütünün qalibi ilə görüşlər gözləyir.


