Fransa nəhəngi PSJ tezliklə ispan mütəxəssis Luis Enrikenin komandaya baş məşqçi təyin olunduğunu elan edəcək.
Arena.az bu barədə italyan jurnalist-insayder Fabrisio Romanoya istinadən xəbər verir.
Mənbənin məlumatına görə, tərəflər arasında 2 illik müqavilə imzalanacaq. Luis Enrikenin təyinatı ilə bağlı klubun rəsmi açıqlaması, parislilərin komandanın cari baş məşqçisi Kristof Qaltye ilə razılaşmaya xitam prosesini yekunlaşdırdıqdan sonra veriləcək.
Xatırladaq ki, Luis Enrike 2023-cü ilin yanvarından işsizdir. O, əvvəllər “Barselona”nı çalışdırıb və bu dövr ispan mütəxəssisin karyerasının ən uğurlu dövrüdür. Enrike kataloniyalılarla 9 kubok qazanıb. Luis Enrikenin ən böyük uğursuzluğu isə DÇ-2018-in 1/8 final mərhələsində, çalışdırdığı İspaniya yığmasının Mərakeşə məğlubiyyəti hesab edilir.
Vurğulayaq ki, Luis Enrike ulduzların PSJ-dən getməsinin əleyhinə deyil. O, komandanı özünün yetişdirəcəyi oyunçular əsasında qurub tərəqqi etdirmək strategiyasını güdür.
Daha əvvəl PSJ rəhbərliyinin baş məşqçi vəzifəsinə digər namizədlər – Yulian Nagelsmann və Xabi Alonso ilə danışıqlar apradığı barədə məlumat yayılmışdı.


