PSJ-nin prezidenti Nasser Əl-Xelaifi futbolçuların oyun təqviminin ifrat sıx olması səbəbindən mümkün tətili haqda məlumatı şərh edib.
Arena.az BBC-yə istinadən məlumat verir ki, qətərli iş adamı bu barədə Afinada Avropa Klublar Assosiasiyasının (ECA) Baş assambleyasında, təşkilatın sədri olaraq fikrini ifadə edib:
“Təqvim həmişə bir fəsad olub. Yalnız bir tərəf üçün deyil, hamı üçün nəyin daha yaxşı olduğunu görmək üçün bütün maraqlı tərəflərin bir araya gələrək, açıq və şəffaf surətdə bir qərar verməsi gərəkdir. Klublar ekosistemi maliyyələşdirirlər, maaşlar isə getdikcə artır. Eyni yarışlarımız, eyni gəlirimiz olacaqsa, bu, bir fəsaddır”, deyə PSJ-nin prezidenti vurğulayıb.
Xatırladaq ki, futbol dünyasının bir çox nüfuzlu nümayəndələri – oyunçular və məşqçilər futbol qurumları və təşkilatlarını ifrat sıx oyun təqvimi ilə bağlı fəsadı çözməyə səsləsələr də, səsləri eşidilməz qalır. Bu mənzərədə oyunluar yorğunluq, zədə, ardınca isə psixoliji tarazlığın itirilməsi kimi fəsadlar yaşayırlar. Şikayətçilər məhz bu fəsadların çözülməsi üçün çalışırlar. Son vaxtlar futbolçuların hətta tətil edə biləcəyi məsələsi bir həll olaraq ortaya çıxıb.


