Futbol üzrə Nidereland çempionatının (Erediviziya) sonuncu, 34-cü turu çərçivəsində PSV – “Valveyk” oyunu başa çatıb.
Arena.az məlumat verir ki, çempionluğunu erkən rəsmiləşdirmiş Eyndhoven təmsilçisi bu oyunda 3:1 hesabı ilə qalib gələrək, Niderland çempionatının rekordunu müəyyənləşdirib.
Belə ki, niderlandlı mütəxəssis Peter Bosun yetirmələri mövsümün hər oyununda qol vurmağı bacarıblar. Cari mövsümdə keçirilmiş 34 oyunda PSV 111 qol vurub.
Yarış cədvəlinin zirvəsində qərarlaşmış “kəndlilər” 29 qələbə qazanıblar, 4 heç-heçə ediblər və yalnız 1 ounda məğlub olublar. Top fərqi isə 111:21 nisbətindədir.
Bu, PSV-nin 25-ci çempionluğudur.
