Puşiç: “Məğlub olmaq və oyunçularla fəxr etmək bir az qəribədir”

“Şaxtyor”un baş məşqçisi Marino Puşiç Çempionlar Liqasının qrup mərhələsinin 6-cı turunda “Portu”ya məğlubiyyətini (3:5) şərh edib.

Arena.az UEFA-nın rəsmi saytına istinadən, Puşiçin bu barədə fikirlərini təqdim edir:

“Məğlub olmaq və oyunçularla fəxr etmək bir az qəribədir. Amma biz bura döyüşmək, oynamaq və insanlara çox yaxşı rəqiblərə qarşı yaxşı futbol təklif etmək üçün gəlmişik. Futbolçularım bütün güclərini qoydular və sona qədər mübarizə apardılar… Mən bu gənc komanda ilə çox fəxr edirəm. Bu kimi oyunlar gənc oyunçuların inkişafı üçün çox vacibdir.

Oyuna daha yaxşı başladılar və qol vurdular. Oyuna qayıtdıq, üstün olduq, bir neçə imkan yaratdıq, amma iki-üç gərəksiz səhvə yol verdik. Bu, bu səviyyədə həddən artıq çoxdur”, deyə Marino Puşiç məğlubiyyətinə səbəb olan əsas məqamların nədən ibarət olduğunu başa düşməyə əsas verib.

Məğlub olmaqla, “Şaxtor” Çempionlar Liqasının ələmə mərhələsinə vəsiqədən məhrum olub. “H” qrupunda 9 xal toplamış “şaxtaçılar” güclərini Avropa Liqasında sınaycaqlar. Qrupun qalibi “Barselona” və qrup ikincisi “Portu” hər biri 12 xal toplayıblar. “Antverpen” isə 3 xalla qrupu sonuncu pillədə tamamlayıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: