“Qəbələ” Elmar Baxşıyev və köməkçiləri yeni müqavilə bağladı

“Qəbələ” baş məşqçisi Elmar Baxşıyev və köməkçiləri ilə müqavilə müddətini uzadıb. Arena.az xəbər verir ki, bu barədə əyalət klubunun rəsmi saytı məlumat yayıb.

42 yaşlı mütəxəssis, həmçinin köməkçi məşqçilər Xaqani Məmmədov və Rasim Ramaldanov, qapıçı məşqçisi Vüqar Məmmədovla yeni anlaşma daha bir il müddətinə nəzərdə tutulub.

Əvvəlki müqavilələri 2021/22 mövsümünün sonunda başa çatacaq məşqçilər korpusu daha bir mövsüm “qırmızı-qaralar”ı çalışdıracaq. Məşqçilərlə imzalanan yeni anlaşma 2022/23 mövsümünün sonunadək olan dövrü əhatə edəcək.

Xatırladaq ki, Elmar Baxşıyev 2019-cu ilin sentyabrından “Qəbələ”nin baş məşqçisidir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: