Birinci Liqada mübarizə aparan “Qəbələ” komandası bu gün futbol üzrə Azərbaycan Premyer Liqasına vəsiqəni təmin edib.
Arena.az xəbər verir ki, “qırmızı-qaralar” buna Birinci Liqanın 2024/2025-ci illər mövsümünün 20-ci turunda səfərdə “Baku Sportinq”ə 5:0 hesabıyla qalib gələrək nail olublar.
Hazırda lider olan və xallarının sayını 52-yə çatdıran bölgə təmsilçisinin çempionatı ilk “3-lük”də başa vuracağı rəsmiləşib.
Dördüncü sıradakı “Baku Sportinq”in 26 xalı var. Mövsümün başa çatmasına 7 tur qalıb. AFFA-nın Lisenziya Komissiyası növbəti mövsümdə Azərbaycan Premyer Liqasında iştirak edəcək klublarla bağlı daha sonra yekun qərar verəcək.
Qeyd edək ki, AFFA İcraiyyə Komitəsinin qərarına əsasən, növbəti mövsümdə Premyer Liqada 12 komanda iştirak edəcək, Birinci Liqadan 3 klub elitaya yüksələcək. “Qəbələ” 2023/2024-cü illər mövsümündə elitada sonuncu pilləni tutaraq aşağı diviziona düşmüşdü. Qəbələ şəhərinin eyniadlı təmsilçisi böyük ehtimalla Birinci Liqanın çempionu kimi Premyer Liqaya qayıdacaq.
Birinci Liqanın 20-ci turunun sonuncu görüşündə “İmişli” də MOİK üzərində 2:1 hesablı qələbəyə sevinib.
Birinci Liqa
20-ci tur
3 aprel
“Cəbrayıl” – “Qaradağ Lökbatan” 0:0
Hakimlər: Kamranbəy Rəhimov, Mirnihad Seyidov, Sevda Nuriyeva, Alik Yunusov.
Hakim-inspektor: Asim Xudiyev.
AFFA nümayəndəsi: Emin Cəfərov.
“Bayıl Arena”, 13:00
“Difai” – “Karvan” 2:2
Qollar: Nahid Əliyev, 30. Abba Usman, 69 – Roini İsmayılov, 59. Stenli Okezi, 82.
Hakimlər: İslam Məmmədov, Sənan Atayev, Asif Abdullayev, Səbuhi Bayramov.
Hakim-inspektor: Feyzulla Feyzullayev.
AFFA nümayəndəsi: Seymur Səlimli.
Şamaxı Olimpiya İdman Kompleksinin stadionu, 16:00.
“Mingəçevir” – “Zaqatala” 3:5
Qollar: Tahir Zeynalov, 40. Seymur Əliyev, 72. Kristian Kamta, 75 – Emil Qasımov, 5. Bəhruz Teymurov, 25. Seymur Əliyev, 39-öz qapısına. Peter Kinqs, 42; 52.
Hakimlər: Vüqar Həsənli, Anar Bədəlov, Rasim Axundov, Rövşən Rəcəbov.
Hakim-inspektor: İmanxan Sultani.
AFFA nümayəndəsi: Nəriman Axundov.
Yaşar Məmmədzadə adına Mingəçevir şəhər stadionu (ehtiyat meydança), 16:00.
4 aprel
“Baku Sporting” – “Qəbələ” 0:5
Qollar: Nicat Əliyev, 20; 89. Domi Massumo, 43. Elşad Tağıyev, 79; 86.
Hakimlər: Əli Əliyev, Vüqar Bayramov, Samir Qaracayev, Murad Səlimov.
Hakim-inspektor: Babək Quliyev.
AFFA nümayəndəsi: Zaur Hacı-Məhərrəmov.
Binə qəsəbə stadionu, 16:00.
“İmişli” – MOİK 2:1
Qollar: İdris İnqilablı, 57. Oluvasen Timilehin, 83 – İbrahim Əliyev, 90-pen.
Hakimlər: Namiq Bəkirov, Səbuhi Soltanov, Səbuhi Əmrahov, Ruslan Quliyev.
Hakim-inspektor: Vüsal Əliyev.
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov.
Şamaxı Olimpiya İdman Kompleksinin stadionu, 16:00.



