“Qəbələ”dən ayrılan Omar Hani rəsmən Kipr klubunda

Bu qış fasiləsində “Qəbələ”dən ayrılan Omar Hani bundan sonrakı karyerasını Kipr çempionatında davam etdirəcək.

Arena.az xəbər verir ki, iordaniyalı futbolçu Kiprin yüksək liqa təmsilçisi “Doksa” ilə anlaşıb.

Bu barədə Katakopias təmsilçisi rəsmi saytı vasitəsilə məlumat yayıb. Tərəflər arasındakı müqavilənin müddəti və digər detalları açıqlanmayıb. Omar Haninin indiyəqədərki karyerası haqda məlumat verən Kipr klubu, onun 99 nömrəli forma altında çıxış edəcəyini diqqətə çatdırıb.

Xatırladaq ki, “Qəbələ” yanvarın 9-da 23 yaşlı yarımmüdafiəçi ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verildiyini açıqlamışdı. 2021-ci ilin sentyabr ayıından bu komandada çıxış edən legioner “qırmızı-qara” formada 85 matça çıxıb. O, bu oyunlarda 4 qol vurub, 7 məhsuldar ötürmə ilə yadda qalıb. Omar Premyer Liqada 71 (3 qol), Azərbaycan kubokunda 10 (1 qol), avrokuboklarda 1 matçda iştirak edib. Asiyalı futbolçu “Qəbələ”nin heyətində 2022/2023 mövsümündə Azərbaycan kubokunun qalibi olub.

Omar Hani “Qəbələ”dən öncə Kiprdə “Olimpiakos” (Nikosiya) və APOEL (Nikosiya) klublarının da formasını geyinmişdib. O, İordaniya milli komandasında da 2 oyun keçirib.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: