Premyer Liqanın 6-cı turu çərçivəsində keçirilmiş “Qarabağ”la oyun “Qəbələ”nin futbolçusu Qədir Ramazanov üçün əlamətdar olub.
Arena.az xəbər verir ki, “Qəbələ” Futbol Akademiyasının 18 yaşlı yetirməsi Premyer Liqada debüt oyununa çıxıb.
Beləliklə, bu mövsüm “Qəbələ”nin heyətində elitada debüt etmiş futbolçuların sayı 5-ə çatıb. Buna qədər Fərid İsgəndərov, Nuğay Rəşidov, Süleyman Damadayev və Ziya Şəkərxanov da Premyer Liqada ilk oyunlarını keçiriblər.


